Cəmiyyət
32 saniyəyə bir ömrün xatirəsini sığdıran şəhid Rəhim Hüseynovun son sözləri - Video
Baku TV 44 günlük Vətən müharibəsi şəhidi Rəhim Hüseynov haqqında reportaj hazırlayıb. Rəhim Hüseynov ailənin dördüncü övladı olub. Ondan əvvəl ailədə üç oğlan uşağı dünyasını dəyişib. Buna görə də Rəhim ailəsi üçün çoxdan gözlənilən övlad olmaqla yanaşı, bütün nəslin sevimlisinə çevrilib.
Anası Həqiqət Hüseynova oğlunun uşaqlıq illərini xatırlayaraq onun erkən yaşlarından fərqləndiyini bildirib: "Rəhim bizim dördüncü övladımızdır. Rəhimdən əvvəl üç oğlumuz tələf olub. Ona görə də Rəhim bizim üçün arzu edilən uşaq olub. Təkcə ailəmizdə yox, bütün nəslin sevimlisi olub". Həqiqət Hüseynovanın sözlərinə görə, Rəhim 13 yaşından ailəsindən ayrı yaşamağa başlayıb. Hərbi təhsil aldığı və sonradan xidmət etdiyi illərdə onu nadir hallarda görə biliblər. "Biz Rəhimi bir də şəhid olandan sonra tanıdıq", - deyə anası bildirib. Mayor Rəhim Hüseynov Azərbaycan Ordusunun peşəkar zabitlərindən biri kimi müxtəlif xarici ölkələrdə ölkəmizi təmsil edib. Atası Qədir Hüseynovun sözlərinə görə, o, təxminən 30 xarici ölkədə Azərbaycan Müdafiə Nazirliyini təmsil edib və xidməti ilə bağlı həmişə xoş rəylər eşidilib. Hərbi xidmət illərində dünyanın müxtəlif bölgələrində olan Rəhim Hüseynov beynəlxalq missiyalarda iştirak edib. O, NATO-nun Əfqanıstanda həyata keçirdiyi missiya çərçivəsində də xidmət edib. Rəhim Hüseynovun ailəsi ilə son telefon danışığı 2020-ci il oktyabrın 17-də olub. Bacısı Rahidə Əliyeva həmin zəngin cəmi 32 saniyə davam etdiyini deyib. Bu qısa danışıq isə onun yaddaşında ömrü boyu silinməyəcək xatirəyə çevrilib. "Axırıncı dəfə oktyabrın 17-də danışdıq. Telefon danışığımız 32 saniyə çəkdi. Rəhim özü zəng vurmuşdu və həmin 32 saniyəyə sanki bir dastan sığdırdı. Heç imkan vermədi ki, mən ondan nəsə soruşum. Həmişə, istər müharibə dövründə, istərsə də adi danışıqlarımızda ilk növbədə uşaqların təhsili ilə maraqlanırdı. Odun-alovun içində də məndən əvvəlcə uşaqların təhsilini soruşdu. Uşaqların üstündə möhkəm durmağımı tapşırdı. Özümə yaxşı baxmağımı dedi. Sanki bilirdi ki, bu, son danışığımızdır", - deyə bacısı bildirib.

Mənbə
oxu.az