Dünya

Macarıstanda siyasi gərginlik: Madyar Orbanı dövlət çevrilişinə hazırlaşmaqda ittiham etdi

19 Oct 2026, 02:00 2 baxış
Macarıstanda siyasi gərginlik: Madyar Orbanı dövlət çevrilişinə hazırlaşmaqda ittiham etdi
Macarıstanın Baş naziri Peter Madyar keçmiş baş nazir Viktor Orbanı dövlət çevrilişinə hazırlaşmaqda ittiham edib və onun cinayət məsuliyyətinə cəlb oluna biləcəyini bildirib. Oxu.Az xəbər verir ki, Madyar bu barədə "Facebook" səhifəsində paylaşım edib. "Bu gün Viktor Orban silahlı üsyan və konstitusiya quruluşunun zorla dəyişdirilməsi barədə gülərək danışıb. Bu, dövlətə qarşı ən ağır cinayətlərdən biridir", - deyə Madyar qeyd edib. O, həmçinin Macarıstanın Cinayət Məcəlləsinə əsasən, bu cür əməllərə görə ömürlük həbs cəzasının nəzərdə tutulduğunu bildirib. Madyar paylaşımına Orbanın rəhbərlik etdiyi "FİDES - Macarıstan Vətəndaş İttifaqı" partiyasının Lakitelek şəhərində fəallarla görüşünün videosunu əlavə edib. Əvvəllər elan etdiyi "milli müqavimət" barədə suala cavab verən Orban ölkənin buna hələ hazır olmadığını, lakin FİDES-in artıq "müvafiq alətləri paylaya biləcəyini" deyib. "Kimin nə alacağı - daha küt, yoxsa daha iti bir şey alacağı o qədər də vacib deyil", - deyə keçmiş baş nazir istehza ilə əlavə edib. Orban daha əvvəl dəfələrlə bəyan edib ki, onun partiyası Madyarın hökuməti ilə əməkdaşlıq etmək niyyətində deyil. O, hazırkı hökumətin fəaliyyətini qanunsuz və antidemokratik hesab edir. Sentyabrın 13-də Orban hakim "Tisa" partiyasının siyasətinə sakit münasibət dövrünün başa çatdığını və müxalifətin fəal müqavimətə başladığını elan edib. O, yeni hakimiyyət nümayəndələrini "neokommunistlər" adlandıraraq ölkədə siyasi diktatura qurduqlarını iddia edib.
Macarıstanda siyasi gərginlik: Madyar Orbanı dövlət çevrilişinə hazırlaşmaqda ittiham etdi
Mənbə oxu.az

Oxşar Xəbərlər