Dünya
Antalya hava limanında həyəcanlı anlar: Uçuşa hazırlaşan təyyarə təcili boşaldıldı
Antalyadan Qaziantepə yola düşməyə hazırlaşan "SunExpress" şirkətinə məxsus "Boeing 737" təyyarəsi hava limanında hərəkətdə olarkən şassisi qopub. Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sərnişinlər və heyət üzvləri təhlükəsiz şəkildə təxliyə ediliblər. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Məlumata görə, sərnişinlər daha sonra başqa bir təyyarə ilə Qaziantepə yola salınıblar. Bildirilib ki, nasaz təyyarə ətraflı texniki yoxlamadan keçir və lazımi təmir işlər başa çatana qədər yenidən istifadəyə verilməyəcək.

Mənbə
oxu.az