Cəmiyyət

Azərbaycanda magistral yollarda YENİLİK: Qəzalarda ölüm halları AZALACAQ

13 Feb 2026, 16:06 2 baxış
Azərbaycanda magistral yollarda YENİLİK: Qəzalarda ölüm halları AZALACAQ
Bakıda yol hərəkətinin təhlükəsizliyinin artırılması məqsədilə magistral yollarda zərbəudan xüsusi təhlükəsizlik baryerlərinin quraşdırılmasına başlanılıb. Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilib. Bildirilib ki, artıq ilk belə baryer Bakı Kənar dairəvi yolda quraşdırılıb.
Qurumun məlumatında qeyd olunub ki, aparılan təhlillərin nəticəsinə əsasən, yol-nəqliyyat hadisələrinin daha çox baş verdiyi və risk ehtimalı yüksək olan ərazilərdə xüsusi zərbəudan təhlükəsizlik baryerlərinin quraşdırılması mərhələli şəkildə davam etdiriləcək. "Qurğunun əsas funksiyası avtomobilin birbaşa sərt metal və ya beton baryerə çırpılmasının qarşısını almaqdır. Təhlükəsizlik elementi dəmir məhəccərin ön hissəsinə yerləşdirilib. Bu isə toqquşma zamanı yaranan zərbənin gücünü zəiflədərək sürücü və sərnişinlərin ağır xəsarət alma riskini azaltmağa, eyni zamanda nəqliyyat vasitələrinə dəyən ziyanı minimuma endirməyə xidmət edir.
Qeyd edək ki, bu cür təhlükəsizlik elementləri xüsusilə nəqliyyat vasitələrinin idarəetmədən çıxdığı və digər səbəblərdən baş verə biləcək hadisələr zamanı xüsusi əhəmiyyət daşıyır", - deyə məlumatda bildirilir. Əzizə İsmayılova
Azərbaycanda magistral yollarda YENİLİK: Qəzalarda ölüm halları AZALACAQ Azərbaycanda magistral yollarda YENİLİK: Qəzalarda ölüm halları AZALACAQ
Mənbə oxu.az

Oxşar Xəbərlər