Cəmiyyət
Fevralda 20 dərəcə isti: Yaz havası neçə gün davam edəcək?
"Ölkə ərazisində növbəti üç gün ərzində hava şəraitinin sabit keçəcəyi və mühüm dəyişikliklərin baş verməyəcəyi proqnozlaşdırılır". Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun rəhbəri Gülşad Məmmədova deyib.
Mütəxəssis qeyd edib ki, fevralın 14-də paytaxt Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək: "Arabir güclənəcək mülayim cənub-qərb küləyi fevralın 14-ü axşam saatlarında şimal-qərb küləyi ilə əvəzlənəcək. Fevralın 16-da yenidən cənub-qərb küləyinin sürətlənməsi gözlənilir. Havanın maksimal temperaturu gündüz saatlarında 15-20 dərəcə isti təşkil edəcək". Gülşad Məmmədova rayonlarda da yaxın günlərdə hava şəraitinin əsasən yağmursuz olacağını vurğulayıb: "Lakin fevralın 14-ü və 15-i gündüz vaxtı bəzi dağlıq yerlərdə qısamüddətli yağıntı olacağı, qar yağacağı ehtimal edilir. Qərb küləyi mülayim olacaq və zaman-zaman güclənəcək. Temperaturun Mərkəzi Aran rayonlarında 15-20 dərəcə, dağlıq ərazilərdə isə 10-15 dərəcə isti olacağı proqnozlaşdırılır".

Mənbə
oxu.az