Cəmiyyət

Uşaqlar ibadət yerlərinə aparıla bilərlər? - VİDEO

13 Feb 2026, 15:56 2 baxış
Uşaqlar ibadət yerlərinə aparıla bilərlər? - VİDEO
Baku TV-nin efirində yayımlanan "Amin" verilişinin növbəti buraxılışı tamaşaçılara təqdim edilib. Proqramda fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov və ilahiyyatçı Tural İrfanın iştirakı ilə uşaq hüquqlarının qorunması, eləcə də azyaşlıların dini ibadətlərə cəlb edilməsi məsələləri müzakirə obyektinə çevrilib.
Tural İrfan vurğulayıb ki, bəzi hallarda kənar və ya siyasi təsirlərin nəticəsi olaraq, müəyyən ayin və mərasimlərdə uşaqlardan vasitə kimi istifadə olunması hallarına rast gəlinir: "Belə vəziyyətlərdə uşaqlar ibadət yerlərinə aparılır, tədris prosesindən uzaqlaşdırılır və ya hicab bəhanə gətirilərək məktəbə buraxılmırlar. Bu, yolverilməz haldır və qanunvericilik çərçivəsində tənzimlənməlidir". Əhməd Niyazov isə öz növbəsində islam dinində məcburiyyətin olmadığını və bu qaydanın uşaqlara da şamil edildiyini diqqətə çatdırıb: "İbadət mükəlləfiyyəti uşaq həddi-büluğ yaşına çatdıqdan sonra yaranır. Həmin dövrə qədər dini tərbiyə verilə bilər, ancaq məcburiyyət tətbiq edilməməlidir. Valideynlər haram və qadağaları övladlarına, sadəcə, şifahi şəkildə deyil, öz davranışları ilə nümunə olaraq aşılamalıdırlar".
Mənbə oxu.az

Oxşar Xəbərlər