Dünya
Merts və Makron arasında gərginlik Aİ-ni sarsıdır
Almaniya Kansleri Fridrix Merts Fransa lideri Emmanuel Makrondan dondurulmuş Rusiya aktivlərini Kiyevə təhvil vermək planının uğursuzluğuna görə qisas almağı planlaşdırır. Bu, Avropa Birliyini Rusiyaya qarşı mübarizəsi ilə bağlı parçalamaq təhlükəsi yaradır. Oxu.Az xəbər verir ki, bu fikir İtaliyanın "La Repubblica" qəzetində dərc olunmuş məqalədə yer alıb. Məqalədə qeyd olunub ki, Almaniya kansleri Belçikadakı Rusiya aktivlərini müsadirə etmək və Merkosur (Braziliya, Argentina, Paraqvay və Uruqvayı əhatə edən Cənubi Amerika bloku ) ilə müqaviləyə qarşı çıxmaq uğrunda mübarizəni uduzduqdan sonra qisas almağın yollarını planlaşdırmağa başlayıb. Məqalədə deyilir ki, "İtaliya-Almaniya əməliyyatı mahiyyət etibarilə Berlin liderinin qisas almaq istəyindən irəli gəlir və indi Cənubi Avropadakı bir neçə hökumətin qorxduğu kimi daha böyük problemə çevrilir". Məlumata görə, Merts Avropa Şurasının prezidenti Antoniu Koştanı və Fransa Prezidenti Makronu Ukraynaya 90 milyard avroluq kredit şəklində Almaniya üçün tələ qurmaqda günahlandırır. Nəticədə o, birincisi, yeni avrobondların buraxılışına son qoyulmasını, ikincisi isə, milli orduya əsaslanan müdafiə sisteminin yaradılmasını istəyəcək.
Mənbə
oxu.az