Dünya

Aprel ayında Günəş nəhəng kometa ilə toqquşacaq? - Alimdən proqnoz

13 Feb 2026, 13:56 2 baxış
Aprel ayında Günəş nəhəng kometa ilə toqquşacaq? - Alimdən proqnoz
Qarşıdakı aylarda Günəş kometa ilə toqquşa bilər. Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ-li geoloq Stefan Berns özünün "X" hesabında proqnoz verib. "Aprel ayında Günəşin nəhəng kometa parçası ilə toqquşması mümkündür", - deyə tədqiqatçı yazıb. Daha əvvəl başqa ABŞ-li alim Dryu Doss da "C/2026 A1" (MAPS) obyekti ilə toqquşma ehtimalını bildirib və astronomların bundan narahatlıq duyduğunu qeyd edib. Onun sözlərinə görə, kometa Günəşə çarpılmazdan əvvəl əsl "işıq şousu" yarada bilər və Yer kürəsi sakinləri bu mənzərəni, hətta gündüz işığında belə müşahidə edə bilərlər. Bundan əlavə, "C/2026 A1" obyektinin ekstsentrisitet göstəriciləri (ikinci dərəcəli əyrinin - ellips, hiperbola və ya parabolanın kənaraçıxma dərəcəsini xarakterizə edən kəmiyyət) onun ulduzlararası kometa ola biləcəyini də göstərir.
Mənbə oxu.az

Oxşar Xəbərlər