Dünya
Şahzadə Harri və Meqan Markl arasında "kitab qalmaqalı": Cütlük razılığa gələ bilmir
Şahzadə Harri həyat yoldaşı Meqan Marklı xatirələr kitabı nəşr etməkdən çəkindirməyə çalışıb. Oxu.Az xəbər verir ki, bu barədə "RadarOnline" nəşri insayderə istinadən məlumat yayıb. Mənbə bildirib ki, Meqan hadisələrin öz versiyasını danışmaq üçün güclü istək hiss edir. O, həyatının bütün fəsillərinin, xüsusən də kral ailəsində olduğu müddətdə, ya səhv başa düşüldüyünə, ya təhrif olunduğuna, ya da yalnız başqalarının baxış bucağından danışıldığına inanır. Mövzu ilə bağlı məlumat verən şəxs qeyd edib ki, Meqan Markl yalnız vəziyyəti aydınlaşdırmaqla kifayətlənmir, həm də pul qazanmaq istəyir. Mənbə əlavə edib ki, hersoginya kitabın nəşrini ailələrinin uzunmüddətli maliyyə sabitliyinin qarantı kimi görür, lakin şahzadə Harri həyat yoldaşının ideyasını dəstəkləmir. "O, geniş diqqətçəkən şəxsi kitabın köhnə yaraları yenidən açacağından və ailəsi ilə barışmaq ümidini itirəcəyindən qorxur. Buna görə də müqavimət göstərməkdə qətiyyətlidir", - deyə mənbə bildirib.
Mənbə
oxu.az