Digər
Rusiyanı birlikdə dayandırmaq lazımdır - Zelenski
Ukraynanın Rusiya terroru qarşısında tək qalmaması vacibdir.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Zelenskinin sözlərinə görə, təkcə bu həftə Rusiya Ukraynaya 1900-dən çox zərbə dronu, 1700 aviabomba və 25 raketlə hücum edib:
“Rusiya bu gərginliyin artmasına görə məsuliyyətə cəlb edilməlidir. Rusiyanı birlikdə dayandırmaq lazımdır”.
Mənbə
axar.az