Dünya
İranda azərbaycanlı həkim Pezeşkiana şikayətləndi: "Bizi incitməsinlər"
"Biz azərbaycanlıları universitetdə incitməsinlər, başqa şey istəmirəm". Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bunu Gülüstan əyalətində tibbi xidmətlərlə bağlı iclasda Qonbəd-Kavus şəhərindən olan həkim İran Prezidenti Məsud Pezeşkiana bildirib.
"Mən sözümü yerinə düşsün deyə, Azərbaycan dilində demək istəyirəm, amma olmur. Biz azərbaycanlıları universitetdə incitməsinlər, başqa şey istəmirəm", - deyə həkim qeyd edib. "Kim cürət edir?!", - deyə Pezeşkian da Azərbaycan dilində cavab verib.

Mənbə
oxu.az