Dünya

Avropadakı ABŞ-li əsgərlər saxlanılırlar

12 Feb 2026, 18:02 2 baxış
Avropadakı ABŞ-li əsgərlər saxlanılırlar
Prezident Donald Trampın Administrasiyası Avropadakı ABŞ hərbi kontingentinin genişmiqyaslı azaldılmasını planlaşdırmadığını bildirib. Oxu.Az xəbər verir ki, bu barədə "Politico" yeddi Avropa ölkəsindəki mənbələrə istinadən məlumat verir. Nəşr Avropanın Trampın müttəfiqləri müdafiə xərclərini artırmağa və hərbi resursları Qərb yarımkürəsinə yenidən yerləşdirməyə təşviq etmək üçün on minlərlə əsgəri Avropadan çıxara biləcəyi ilə bağlı narahatlıqlarını bildirmişdi. Lakin Vaşinqton bu planları rədd edərək, qoşunların Avropadan çıxarılmasının məhdud olacağını qeyd edib. Pentaqon və NATO rəsmiləri ABŞ-nin bu mövqeyini təkrarlayıblar. ABŞ-nin Avropadakı hərbi mövcudluğunu azaltmaq istədiyi barədə şayiələr ilk dəfə ötən ilin fevralında ortaya çıxmışdı. O zaman NATO Hərbi Komitəsinin sədri Cüzeppe Kavo Dragone belə bir ehtimal irəli sürmüşdü ki, ABŞ-nin Sakit Okeandakı müəyyən öhdəlikləri səbəbindən Avropada yerləşən 100 000 əsgərinin bir hissəsinin geri çəkilməsi gündəmdə ola bilər. Dragone Avropa qoşunlarını yaranan boşluğu aradan qaldırmağa çağırmışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər