Dünya

Britaniyanın NATO nümayəndəsinin ofis romantikası diplomatik qalmaqal yaradıb

12 Feb 2026, 15:20 2 baxış
Britaniyanın NATO nümayəndəsinin ofis romantikası diplomatik qalmaqal yaradıb
Britaniyanın NATO-dakı daimi nümayəndəsi Angus Lepsli gənc məşuqəsini Brüsseldəki rəsmi iqamətgahına yerləşdirib. Oxu.Az xəbər verir ki, bu barədə "Times" qəzeti mənbələrə istinadən məlumat yayıb. Məlumata əsasən, digər yüksəkvəzifəli diplomatlar 55 yaşlı Lepslinin özündən iki dəfə kiçik italyan qadınla münasibətindən narahat olublar. Qadın əvvəllər onun köməkçisi işləyib. NATO qaydalarında belə münasibətlər qadağan olmasa da, iki uşaq atası Lepslinin davranışı həddən artıq həssas olduğuna görə, bu barədə Avropadakı NATO komandan müavini Kit Blaunta xəbər çatıb. 2021-ci ildə qəzet artıq Lepslinin nüfuzuna "qəsd etmişdi". Nəşr məhz onun Kent qraflığında avtobus dayanacağının yanında məxfi sənədləri itirən məmur olduğunu açıqlamışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər