Dünya
İndoneziyada magistral yollardan alternativ istifadə: Təyyarələrin uçuş-enmə zolağı
İndoneziya ölkə daxilində pullu magistral yollardan qırıcı təyyarələr üçün təcili uçuş-enmə zolağı kimi istifadə etmək planına başlayır. Oxu.Az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Məlumata görə, bu, geniş arxipelaqda bir neçə aviadaşıyıcı gəminin ekvivalentini yaratmağa imkan verəcək. İndoneziyanın "F-16" qırıcı təyyarələrindən biri artıq magistral yolda sınaq enişləri və uçuşlarını uğurla başa çatdırıb. Qeyd olunur ki, ölkənin 39 əyalətinin hər birində qırıcı təyyarələrin uçuşu və enişi üçün belə üsuldan istifadə ediləcək. Telekanal xatırladır ki, magistral yollardan hərbi uçuş-enmə zolağı kimi istifadə halları yeni ideya deyil. Daha əvvəl ABŞ, Finlandiya, İsveç və bir sıra digər ölkələrin silahlı qüvvələri tərəfindən belə sınaqlar həyata keçirilib. İndoneziya Hərbi Hava Qüvvələrinin rəhbərliyi hesab edir ki, yollardan alternativ uçuş-enmə zolaqları kimi istifadə ordunun müxtəlif potensial təhdidlərə qarşı əməliyyat hazırlığını artıracaq. Qeyd edək ki, İndoneziya dünyanın ən böyük arxipelaqlarından biridir. Ölkə şərqdən qərbə 5 000 kilometr uzanan 6 000-dən çox adadan ibarətdir.
Mənbə
oxu.az