Dünya

Kim Çen Inın qızı rəsmən varis elan edilir? - Kəşfiyyatdan şok açıqlama

12 Feb 2026, 13:24 2 baxış
Kim Çen Inın qızı rəsmən varis elan edilir? - Kəşfiyyatdan şok açıqlama
Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti (MKX) Şimali Koreya lideri Kim Çen Inın qızı Kim Ju Aenin artıq rəsmi varis statusuna yüksəldilməsi prosesinin başladığını bəyan edib. Oxu.Az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya qanunvericilərinə istinadla məlumat yayıb. Qeyd olunub ki, gənc Kim Ordu Günü və digər strateji dövlət tədbirlərində mütəmadi olaraq atasının yanında görünür, hətta bir sıra siyasi müzakirələrdə aktiv iştirak edir. Kəşfiyyat orqanı diqqətçəkən bir nüansa toxunub: əvvəllər "varisin hazırlanması" ifadəsi işlədilirdisə, artıq proses "varisin təyin edilməsi mərhələsi" kimi xarakterizə olunur. Kim Ju Aenin təxminən 2013-cü ildə doğulduğu güman edilir. Buna baxmayaraq, siyasi ekspertlər məsələyə hələlik ehtiyatla yanaşırlar: 41 yaşlı Kim Çen Inın hələ kifayət qədər gənc olması və digər övladlarının da varlığı hakimiyyətin ötürülməsi ssenarilərini mürəkkəbləşdirir.
Mənbə oxu.az

Oxşar Xəbərlər