Digər

Rusiyanın etməli olduğu güzəştlərin siyahısı hazırlanır

11 Feb 2026, 09:08 2 baxış
Rusiyanın etməli olduğu güzəştlərin siyahısı hazırlanır

Avropa Birliyi Ukraynada uzunmüddətli sülhün təmin edilməsi üçün Rusiyanın etməli olduğu güzəştlərin siyahısını müzakirə edir.


Axar.az xəbər verir ki, bunu Avropa Birliyinin ali nümayəndəsi Kaya Kallas bildirib.


O xatırladıb ki, 4 fevralda ruslar Drujkovkadakı bazara hücumda kasetli sursatlardan istifadə ediblər. Hücum nəticəsində yeddi nəfər həlak olub. Eyni zamanda, Ukrayna və Rusiya nümayəndələri ABŞ-ın vasitəçiliyi ilə Əbu-Dabidə danışıqların növbəti mərhələsini keçiriblər.


"Bu danışıqlar zamanı Rusiyanın bombardmanlarının artdığının şahidi olduq", - Kallas söyləyib.


Kallas qeyd edib ki, Avropa Birliyi Rusiyanın ciddi sülh danışıqlarında iştirak etmədiyinə əmindir. O əlavə edib ki, Avropa Tramp administrasiyasının bu danışıqlarda AB və Ukraynanın maraqlarını təmsil etdiyinə şübhə edir.


O vurğulayıb ki, məhz buna görə də Avropa Moskvanı güzəştə getməyə məcbur edə biləcək davamlı sülh planı üzərində işləyir:


"Bizim də şərtlərimiz var. Biz bu şərtləri onsuz da böyük təzyiq altında olan ukraynalılara deyil, ruslara qoymalıyıq”.

Mənbə axar.az

Oxşar Xəbərlər