Cəmiyyət

Azərbaycan maşınları dünya bazarında? - Hansı addımlar atılmalıdır? - VİDEO

16 May 2026, 22:00 1 baxış
Azərbaycan maşınları dünya bazarında? - Hansı addımlar atılmalıdır? - VİDEO
16 il əvvəl Azərbaycanda avtomobil sənayesində mühüm addım atıldı. Ölkəmiz öz avtomobil istehsalına başladı. Bu hadisə bir çox vətəndaş tərəfindən böyük maraq və sevinc hissi ilə qarşılandı. İnsanlar düşünürdülər ki, yerli istehsal olan avtomobillər xarici markalarla müqayisədə daha münasib qiymətə təqdim olunacaq. Lakin zaman keçdikcə gözləntilər tam olaraq özünü doğrultmadı. Bəs ölkəmizdə istehsal olunan avtomobillərə vətəndaşlar arasında maraq niyə azdır?
Baku TV xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, yerli avtomobillərə marağın zəif olmasının əsas səbəblərindən biri bazarda xarici ölkə istehsalı olan avtomobillərin daha sərfəli qiymətlərlə satışa çıxarılmasıdır. Eyni zamanda, sürücülər keyfiyyət, texnologiya və ehtiyat hissələri baxımından da xarici markalara üstünlük verirlər. Nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, Çinin avtomobil sənayeçiləri postsovet ölkələrinə öz məhsullarını ixrac edəndən sonra daxili istehsala olan tələbat bir qədər azaldı: "Çünki burada, əsasən, qiymətdə rəqabətlilik məsələsi var. Yaxşı olardı ki, müəyyən idarə və qurumlar imkan daxilində yerli nəqliyyat vasitələrinə üstünlük versinlər". İqtisadçı ekspert Xalid Kərimli bildirir ki, Azərbaycanda fəaliyyət göstərən avtomobil zavodları hələlik nə xarici bazara çıxış əldə edə bilir, nə də daxili tələbatı tam şəkildə qarşılayır. Ekspertin fikrincə, bu sahənin inkişafı üçün həm istehsal gücü, həm də texnoloji imkanlar genişləndirilməlidir: "Mövcud vəziyyət digər bazarlara avtomobil ixracı üçün əsas vermir, istehsal yalnız yerli tələbatın ödənməsinə yönəlib. Lakin zavodlar nəinki ixracı, heç daxili tələbatın da əhəmiyyətli hissəsini ödəyə bilmir, bazarda payı çox cüzidir".
Mənbə oxu.az

Oxşar Xəbərlər