Digər

ABŞ yenidən Venesuela ssenarisini həyata keçirə bilər

16 May 2026, 20:40 2 baxış
ABŞ yenidən Venesuela ssenarisini həyata keçirə bilər

ABŞ keçmiş Kuba lideri Raul Kastronun tutulması üçün mümkün əməliyyatın keçirilməsini istisna etmir.


Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti məlumat yayıb.


Qəzetin məlumatına görə, rəsmilər ABŞ-ın Kubada "Venesuela ssenarisi"ni həyata keçirməsi ehtimalını nəzərdən keçirirlər.


Nəşr qeyd edir ki, Kubada əməliyyatla bağlı yekun qərar hələ verilməyib. Həmçinin bir neçə mənbə hesab edir ki, belə bir əməliyyat ABŞ rəhbərliyi tərəfindən təsdiqlənməyəcək.


Qeyd edək ki, ABŞ-ın keçmiş Kuba lideri Raul Kastro barəsində mümkün ittihamlar irəli sürməyə hazırlaşdığına dair xəbərlər yayılmışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər