Dünya
Fici sahillərində güclü zəlzələ baş verdi
Fici sahillərində 6,2 bal gücündə zəlzələ qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib. Mərkəzin məlumatına görə, zəlzələnin episentri ada-respublikasının paytaxtı Suvadan 467 km cənub-şərqdə, təxminən 77 000 insanın yaşadığı yerdə, 511 km dərinlikdə yerləşib. Heç bir tələfat və ya dağıntı barədə məlumat verilir. Sunami təhlükəsi elan edilməyib.
Mənbə
oxu.az