Dünya

Tramp İranla bağlı sərt danışdı: "Razılığa gəlməsələr..."

11 Feb 2026, 00:00 2 baxış
Tramp İranla bağlı sərt danışdı: "Razılığa gəlməsələr..."
"Vaşinqton və Tehran islam respublikasının nüvə proqramı ilə bağlı razılığa gələ bilməsələr, ABŞ administrasiyası İrana qarşı sərt tədbirlər görəcək". Oxu.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Axios"a verdiyi müsahibədə bildirib. "Ya razılaşma əldə edəcəyik, ya da ötən dəfə olduğu kimi sərt tədbirlər görməli olacağıq", - D.Tramp 2025-ci ilin iyununda İranın nüvə obyektlərinə endirilən zərbələri xatırladıb. Bundan əlavə, ABŞ prezidenti Vaşinqtonun İran istiqamətində ikinci aviadaşıyıcı qrup göndərməyi düşündüyünü vurğulayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər