Dünya

İsrail səfiri İranla bağlı "qırmızı xətlər"dən danışdı

10 Feb 2026, 18:04 2 baxış
İsrail səfiri İranla bağlı "qırmızı xətlər"dən danışdı
"İranın nüvə proqramına dair danışıqlarda Vaşinqton və Təl-Əvivin mövqeləri üst-üstə düşür". Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi bildirib. O, hər iki ölkənin "qırmızı xətləri"nin eyni olduğunu vurğulayıb. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu fevralın 11-də Vaşinqtonda İran məsələsini müzakirə edəcəklər. Xatırladaq ki, fevralın 6-da Omanda İran və ABŞ rəsmiləri arasında nüvə böhranı ilə bağlı danışıqlar keçirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər