Cəmiyyət

Elnur Bağırova üç müavin təyin edildi - Dosyelər

10 Feb 2026, 17:50 2 baxış
Elnur Bağırova üç müavin təyin edildi - Dosyelər
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinə müavinlər təyin edilib. Oxu.Az xəbər verir ki, Cəfər Babayev agentlik sədrinin birinci müavini, İlqar Həsənov və Mirzə Mirzəyev isə sədr müavini vəzifələrinə təyin olunublar.
Qeyd edək ki, Cəfər Zaur oğlu Babayev 1980-ci ildə Bakı şəhərində anadan olub. 2002-ci ildə Bakı Dövlət Universitetini Beynəlxalq hüquq ixtisası üzrə bakalavr, 2004-cü ildə isə həmin universiteti magistratura səviyyəsində fərqlənmə diplomu ilə bitirib. 2005-2006-cı illərdə "Chevening" Təqaüd Proqramı çərçivəsində İngiltərənin Uorvik (Warwick) Universitetində beynəlxalq iqtisadi hüquq üzrə magistr, 2014-2016-cı illərdə isə İspaniyanın İE Biznes Məktəbində MBA dərəcəsi alıb. Əmək fəaliyyətinə 2002-ci ildə "Baker & Mckenzie - Cis Ltd" şirkətində hüquqşünas olaraq başlayıb, 2003-2007-ci illərdə "OMNİ" QSC-də fəaliyyətini davam etdirib. 2007-2010-cu illərdə İslam İnkişaf bankı Qrupuna daxil olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasında hüquq məsləhətçisi olaraq fəaliyyət göstərib. 2010-2015-ci illərdə bir sıra özəl şirkətlərdə korporativ tənzimləmə və nəzarət üzrə müşavir, baş müdir müavini, baş menecerin müavini vəzifələrini icra edib. 2018-2021-ci illərdə "Veysəloğlu" MMC-də hüquq və daxili nəzarət üzrə rəhbər, biznesə dəstək üzrə direktor vəzifələrdə çalışıb. 2021-2022-ci illərdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində baş məsləhətçi vəzifəsini icra edib. Azərbaycan Prezidentinin 16 dekabr 2022-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin olunub. 2025-ci ilin fevral ayından son təyinatadək Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində sədrin müşaviri vəzifəsində çalışıb. Prezidentin 10 fevral 2026-cı il tarixli Sərəncamı ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Ailəlidir, 2 övladı var.
İlqar İlham oğlu Həsənov 1980-ci ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Azərbaycan Qərb Universitetinin Mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsini bitirib. 2011-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarəedilməsi ixtisası üzrə magistr, 2020-ci ildə York Universitetinin "Schulich" Biznes Məktəbində MBA dərəcəsini alıb. Əmək fəaliyyətinə 1999-cu ildə "AzEuroTel" Birgə Müəssisəsində mühəndis olaraq başlayıb, 2005-ci ilədək həmin müəssisədə iqtisadçı və şöbə rəisi vəzifələrində çalışıb. 2005-2016-cı illərdə "Aztrank" MMC-nin direktoru, Kanadanın "Stonepay Commercial Construction" şirkətinin Azərbaycandakı nümayəndəliyində layihə rəhbəri və "AzEuroTel" MMC-nin direktoru kimi fəaliyyətini davam etdirib. 2020-2022-ci illərdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Standartlaşdırma İnstitutunda baş direktorun müavini, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri vəzifələrində çalışıb. Prezidentin 16 dekabr 2022-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin olunub. 2025-ci ilin fevral ayından bu təyinatadək Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində sədrin müşaviri vəzifəsində çalışıb. Ölkə başçısının 10 fevral 2026-cı il tarixli Sərəncamı ilə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini vəzifəsinə təyin edilib. Ailəlidir, 2 övladı var.
Mirzə Vahid oğlu Mirzəyev 1992-ci ildə Bakı şəhərində anadan olub. 2012-ci ildə Bakı Dövlət Universitetinin ümumi iqtisadiyyat ixtisası üzrə bakalavr səviyyəsini bitirib. 2014-cü ildə Böyük Britaniyanın "Queen Mary" Universiteti, 2015-ci ildə isə Prezident yanında Dövlət İdarəçilik Akademiyasından Ümumi iqtisadiyyat ixtisası üzrə magistr dərəcəsi əldə edib. Əmək fəaliyyətinə 2011-ci ildə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-mədəni Mərkəzində iqtisadçı vəzifəsində başlayıb, 2013-cü ilədək burada çalışıb. 2015-2016-cı illərdə Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsində aparıcı məsləhətçi vəzifəsində əmək fəaliyyətini davam etdirib. 2016-2017-ci illərdə "TAN" MMC-də direktor, 2017-2018-ci illərdə Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsində daxili auditor, 2018-2019-cu illərdə Vergilər Nazirliyinin Vergi auditi baş idarəsində dövlət vergi müfəttişi, 2019-2024-cü illərdə həmin baş idarədə şöbə rəisi və baş idarənin rəis müavini vəzifələrində çalışıb. 2024-cü il aprel ayından bu təyinatadək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinin rəisi vəzifəsində işləyib. Dövlət başçısının 10 fevral 2026-cı il tarixli Sərəncamı ilə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini vəzifəsinə təyin edilib.
Elnur Bağırova üç müavin təyin edildi - Dosyelər Elnur Bağırova üç müavin təyin edildi - Dosyelər Elnur Bağırova üç müavin təyin edildi - Dosyelər
Mənbə oxu.az

Oxşar Xəbərlər