Dünya

Misirdə tarixi kəşf: Fermer mükafatlandırıldı - Foto

19 Oct 2026, 06:32 2 baxış
Misirdə tarixi kəşf: Fermer mükafatlandırıldı - Foto
Misirin Nil deltasında yerləşən Bəhbeyt əl-Həcər kəndində yaşayan Xalid əş-Şahat Xəlil evinin qarşısındakı torpaq sahəsində işləyərkən üzərində heroqliflər olan daş aşkarlayıb. Oxu.Az xəbər verir ki, bu barədə Misirin Turizm Nazirliyi məlumat yayıb. Xəlil tapıntı barədə aidiyyəti qurumlara məlumat verib. Misirin Ali Antik Əsərlər Şurasının apardığı qazıntılar nəticəsində yaşı 3 000 ildən çox olan iki nəhəng firon heykəlinin qalıqları üzə çıxarılıb. Mütəxəssislərin ilkin qənaətinə görə, heykəllərdən biri II Ramzesə aiddir. Onun ilkin hündürlüyünün 8 metrdən çox, bəzi hesablamalara əsasən isə təxminən 8.5 metr olduğu bildirilir. Heykəlin təxminən 1.6 metr hündürlüyündə olan baş hissəsi və fironun Hor adının yazıldığı arxa dayaq parçası tapılıb. II Ramzes Misirin Yuxarı və Aşağı hissələrinin birliyini simvolizə edən ikili tacda təsvir olunub. Təxminən 2.4 metr hündürlüyündə olan ikinci heykəlin də II Ramzesi təsvir etdiyi ehtimal edilir. Bu heykəldə fironun "nemes" adlanan zolaqlı baş örtüyü ilə təsvir olunduğu düşünülür. Bununla belə, alimlər yekun nəticəyə gəlmək üçün əlavə araşdırmalar aparacaqlar. Ərazidə uzunluğu 1.3 metr olan çəhrayı qranit blok da aşkarlanıb. Onun üzərində "Yuxarı və Aşağı Misirin kralı" və "Ranın oğlu" titulları həkk olunub.
{{gallery}} Tapıntını aşkar edən fermer Xalid Xəlil dövlət tərəfindən mükafatlandırılıb. Ona kiçik həcc sayılan Ümrə ziyarətini yerinə yetirmək üçün Məkkəyə ödənişli səfər hədiyyə edilib.
Misirdə tarixi kəşf: Fermer mükafatlandırıldı - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər