Cəmiyyət

Bakıda təmir gedən xəstəxanada tibbi avadanlıqlar niyə yağışın altında qalıb?

10 Feb 2026, 16:44 2 baxış
Bakıda təmir gedən xəstəxanada tibbi avadanlıqlar niyə yağışın altında qalıb?
Nərimanov rayonunda yerləşən 5 nömrəli xəstəxananın həyətində aparılan təmir işləri fonunda tibbi avadanlıq və digər əşyaların açıq havaya atılması ilə bağlı şikayət var. Oxu.Az xəbər verir ki, sözügedən inventarların yağış və qar altında, heç bir mühafizə tədbiri görülmədən saxlanılması narazılığa səbəb olub.

Qeyd olunub ki, sözügedən mənzərə dövlət əmlakına münasibətdə məsuliyyətsizlik təəssüratı yaradır. Şikayətdə vurğulanıb ki, proses zamanı avadanlıq və digər əmlakın qorunmaması onların sıradan çıxmasına, nəticədə isə dövlət vəsaitinə ziyan dəyməsinə səbəb olur". Nərimanov Tibb Mərkəzindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial mediada paylaşılan görüntülər aparılan əsaslı təmir və yenidənqurma işləri ilə əlaqədardır: "İstifadəyə yararsız olan inventarlar xəstəxana binasından kənarlaşdırılıb. Sözügedən inventarlar Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən siyahıdan silindikdən sonra utilizasiyası həyata keçiriləcək". Məhərrəm Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər