Dünya
Marneulidə Xamenei şousu: Məsciddən ixrac olunan ideologiya
Kubra Məhərrəmova yazır... İnternetin açıq mənbələrində yer alan məlumatlara görə, 2014-cü il rəsmi göstəricilərində qeyd edilir ki, Gürcüstanda 233 000-dən çox (bəzi mənbələrdə 233 024 - 233 178) etnik azərbaycanlı yaşayır. Azərbaycanlılar Gürcüstanda ən böyük etnik azlıqdır. Məsələnin kədərli tərəfi odur ki, Gürcüstanda əsrlərlə yaşayan azərbaycanlılar gürcü dilini öyrənməyə həvəsli deyillər. Bu da onlar üçün mümkün gələcək imkanların qarşısını alır. Azərbaycanlılar əksərən maldarlıq və kənd təsərrüfatı ilə məşğul olduqları üçün gürcü dilini bilmək onlar üçün cəlbedici deyil. Lakin anlamırlar ki, dili bilmədinsə ali təhsildən, yaxşı işdən, inkişafdan uzaq düşürsən. Qeyd edim ki, Gürcüstanda ali təhsilə malik olan azərbaycanlıların sayı çox deyil. Bu isə Gürcüstanda fəaliyyət göstərən siyasətçilər və digər qüvvələr üçün olduqca əlverişlidir. Adi bir misal, siyasətçilər seçki ərəfəsində təbliğat aparıb məhz onlara (gürcülərə) səs verilməsinə nail olurlar. Gürcüstan əhalisinin təqribən 7%-ni təşkil edən azərbaycanlıların siyasi proseslərdən uzaq durması uzun illər aparılan işin nəticəsidir. Bir düşünün ki, bu boyda güc-qüvvə Gürcüstanın ictimai-siyasi həyatına qoşulsa, nələr baş verər? Azərbaycanlıların gürcü dilini bilməməsi onlar üçün çox böyük problemlər yaradır. Gürcü dilini bilməmək onları informasiya vakuumunda saxlayır. Gürcüstanın daxilində baş verən proseslərdən azərbaycanlılar demək olar ki məlumatlı deyillər. Dil baryerinin yaratdığı problemlər təkcə bununla bitmir. Ekspertlər düşünürlər ki, Gürcüstanda yaşayan və gürcü dilini bilməyən azərbaycanlılar özlərini vətəndaş kimi hiss etmir və ölkənin həyatında da iştirak etmirlər. Və bu boşluğu xüsusi xidmət orqanları asanlıqla doldurur. Təsəvvür edin ki, bir qrup şəxs qettoda yaşayır. Bu bağlı ekosistemdə özləri öz problemləri ilə baş-başa qalırlar. Özləri problemlərin həllinə nail olmağa cəhd edirlər. Qəfildən bir qrup Azərbaycan dilində danışan adam peyda olur və sənə dəstək olmaq istədiyini bildirir. Əlbəttə ki, ilk baxışdan doğma dildə səslənən hər bir söz insanı özünə cəlb edir. Bu, manipulyasiya etmək üçün ən gözəl vasitədir. Salam-sağ ol, xoş beş-on beşdən sonra isə əsas məqsəd ortaya çıxır. Artıq onilliklərdir ki, azərbaycanlıların sıx yaşadığı ərazilərdə İran ideologiyası din adı altında təbliğ olunur. Özlərinə şiə deyən bir qrup təbliğatçı əslində Azərbaycanın sərhədində elə etnik türklərdən istifadə edərək minalanmış ərazi yaradıb. Təhlükəsizlik araşdırmalarında qeyd olunur ki, dini şəbəkələr geopolitik təsir alətinə çevriliblər. Lazım olan anda isə həmin minalanmış sahə, təhlükəli zolağa çevrilmiş olacaq. Bəs bu mexanizm necə işləyir? Azərbaycanlıların sıx yaşadığı ərazilərdə çox ilginc hadisələr baş verməkdədir. Gürcüstanda fəaliyyət göstərən İmam Əli adına Xeyriyyə Fondu öz "Facebook" səhifəsində belə bir paylaşım edib.
"Bu həftə Marneuli İmam Əli (ə) məscidində xətib hörmətli imam cümə Hacı Hacıyev oldu. Bu həftənin əsas mövzusu "İlahi rəhbər" mövzusu idi. Xütbədə ilahi rəhbərləri tanımaq, itaət eləmək və müdafiə etmək kimi mövzulardan söz açıldı. Xütbənin davamında Fələstin, Qəzza məsələsinə də işarə olunaraq minlərlə günahsız insanların qətlə yetirilməsi, onlardan yemək-içmək hətta dərmanların belə əsirgənməsinə işarə edərək bütün insanları hər zaman məzlumun yanında və zalımın qarşısında olmağa səslədi". Fotoşəkillərə baxanda bu mərasimdə insanların əllərində İranın Ali lideri Xameneinin şəkillərini tutduqlarını görürük. Xütbəni aparan adamın yanında isə böyük, divarboyu lövhədə Xamenei təsvir olunub. Halbuki İslam dinində şəkil və insanların təsviri məscidlərdə qəbul olunmayan şərtdir. Müqəddəslərin təsviri Xristian dininə aid olan ənənədir. Bu görüntülər isə sanki məsciddən deyil kommunist partiyasının iclasından çəkilib. Sadəcə Lenin və Stalinin yerində Xameneidir. Onun şəninə şüarlar səslənir, onun şəkilləri insanların əllərində gəzir. Cümə namazının bu cür manipulyasiyaya çevrilməsi artıq təhlükəli siqnaldır. Sual olunur ki, madam ki, Xamenei İranda mütləq hakimiyyətə malik və xalqın mütləq sevgisinə malikdir, o zaman niyə Marneulidə Xamenei üçün dəstək aksiyası keçirilir? Niyə onun şəkilləri insanların əlinə verilərək foto və videolar çəkilir? Yoxsa, Xameneinin taxt-tacının ayaqları büdrəməkdədir? Maraqlısı odur ki, bu hadisə İranın təbliğat maşının bir hissəsi olan media qurumlarında və sosial şəbəkələrdə paylaşıldı. Eyni paylaşım İran dövlətinin nəzarətində olan (yəni Xameneinin) "Sahar Azeri" tərəfindən də edilib. Qeyd edim ki, bu media qurumu Azərbaycan dilində yayımlanır və informasiya çirkliliyi yayır.
İran rejimi yenə özünün rəsmi Bakının daxili işlərinə qarışmağa haqqı olduğunu düşünüb. Belə ki, fevralın 9-da ABŞ-dəki yəhudi təşkilatlarını təmsil edən nümayəndə heyətinin paytaxtımıza gəlməsi İran dövləti tərəfindən bəyənilməyib. İran tərəfi düşünür ki, nümayəndə heyətinin dövlət başçısı tərəfindən qəbul edilməsi yanlış addımdır. Guya bu görüş İsrail rejiminin strateji maraqlarını möhkəmlətmək məqsədini güdürmüş. Dini manipulyasiya isə bu cümlədə üzə çıxır: "Bakını daha dərin şəkildə ABŞ-İsrail oxuna bağlamaq, onu İslam dünyasındakı siyasi və mədəni müttəfiqlərindən tədricən uzaqlaşdırmaqdır". Diqqət etsək görərik ki, İran ideologiyası öz təsirini yaymaq üçün ancaq din üzərindən manipulyasiya edir. Çox sadə bir arqumentlə İranın dini ideologiyasının necə boş olduğuna şahid olaq. 30 il Qarabağda məscidlər, dini abidələr ermənilər tərəfindən dağıdıldı. İran islam Respublikası bir dəfə olsun bu barədə danışdı? II Qarabağ müharibəsindən sonra Qarabağ ərazisində bərpa olunan, yenidən tikilən məscidlər barədə İran tərəfi geniş kütləyə məlumat verdi? Azərbaycanda hökm sürən dini tolerantlıq barədə İran tərəfi nəsə danışır? XEYR! Marneulidə baş verənlər isə birbaşa təbliğatdır. Burada isə sual artıq rəsmi Gürcüstan tərəfinədir: "Xamenei Marneuilidə nə edir?" Onun şəkilləri rok ulduzu kimi niyə insanların əlində gəzir? Gürcüstan öz ərazisində başqa dövlətin ideoloji təbliğatının aparılmasına necə göz yuma bilir? Sabah bu insanlar həmin ərazilərdə Gürcüstan dövlətinin qanunları ilə deyil, xurafat qanunları ilə yaşamaq istəsələr Gürcüstan dövlətinin cavabı nə olacaq? Fakt ondan ibarətdir ki, İran rejimi məsciddən Allaha ibadət üçün deyil, öz məqsədi üçün istifadə edir. Çox təəssüf ki, Gürcüstanda yaşayan azərbaycanlılar bəzən bunun fərqinə varmır və təbliğatın qurbanı olurlar. Bu isə illərlə formalaşdırılan informasiya vakuumu, sosial təcrid və dini manipulyasiyanın nəticəsidir.

Mənbə
oxu.az