Cəmiyyət

Bakı-Ağstafa istiqamətində əlavə qatar reysləri təyin edildi

10 Feb 2026, 16:36 2 baxış
Bakı-Ağstafa istiqamətində əlavə qatar reysləri təyin edildi

Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə fevralın 15-də Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.


Bu barədə Axar.az-a QSC-dən bildirilib.


Qatar Bakıdan Ağstafaya saat 08:30-da, Ağstafadan Bakıya isə saat 17:20-də yola düşəcək.


Məlumata görə, eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı-Qazax-Bakı marşrutu ilə də səfər etmək olacaq.


Sərnişinlər sözügedən reyslərə biletləri 10% endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər.

Mənbə axar.az

Oxşar Xəbərlər