Dünya

Kamçatkada 5,7 bal gücündə zəlzələ baş verib

10 Feb 2026, 15:43 2 baxış
Kamçatkada 5,7 bal gücündə zəlzələ baş verib
Kamçatkada 5.7 bal gücündə zəlzələ baş verib. Oxu.Az xəbər verir ki, bu barədə fevralın 10-da Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsinin "Telegram" kanalında məlumat yayılıb. Xidmətin məlumatına görə, yeraltı təkanların episentri Petropavlovsk-Kamçatskdan 188 km məsafədə, ocağı isə 42.8 km dərinlikdə yerləşib. Hazırda mümkün dağıntı və ya tələfat barədə heç bir məlumat yoxdur.
Mənbə oxu.az

Oxşar Xəbərlər