Cəmiyyət

Bəzi rayonlara qar yağır, külək güclənir - Faktiki hava

10 Feb 2026, 14:18 2 baxış
Bəzi rayonlara qar yağır, külək güclənir - Faktiki hava
Fevralın 10-u saat 14:00-a olan faktiki hava açıqlanıb. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir. Belə ki, Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Şirvan, Gədəbəy, Göygöl, Kəlbəcər, Laçın, Qubadlı, Xankəndi, İmişli, Hacıqabul, Sabirabad, Qax (Sarıbaş), Şəki (Kişçay), Salyan, Şamaxı, Qobustan, Xızı, Quba, Qusar, Xaltan, Şabran, Neftçala, Beyləqan, Qəbələ, Şahdağ, Yardımlıya qar, Tərtər, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Ağdam, Lerik, Lənkəran, Astara, Gəncə, Naftalan, Şəmkir, İsmayıllı, Naxçıvan, Şərur, Şahbuz, Ordubad, Sədərək, Xocalı, Füzuli, Ağcabədi, Goranboy, Oğuz, Bərdəyə isə yağış yağır. Şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 27, Şirvanda 21, Salyanda 18 m/s-dək güclənir.
Mənbə oxu.az

Oxşar Xəbərlər