Dünya

"ChatGPT"də reklam yaranıb: Hansı abunəçilərə təsir edəcək?

10 Feb 2026, 14:36 2 baxış
"ChatGPT"də reklam yaranıb: Hansı abunəçilərə təsir edəcək?
"OpenAI" şirkəti məşhur süni intellekt platforması olan "ChatGPT"də reklam yerləşdirmə sınaqlarına start verib. Oxu.Az-ın məlumatına görə, bu barədə şirkət tərəfindən rəsmi açıqlama verilib. Test mərhələsi hal-hazırda Amerika Birləşmiş Ştatlarını əhatə edir. Reklam materialları yalnız "Pulsuz" və "Plus" abunəçiləri üçün nəzərdə tutulub. "Pro", "Business" və "Enterprise" tarif planlarından istifadə edənlər isə reklamlarla qarşılaşmayacaqlar. Şirkətin bəyanatında qeyd olunur: "Biz reklamların "ChatGPT"nin qabaqcıl funksiyalarına çıxış imkanlarını genişləndirməsinə dəstək olmaq üçün çalışırıq. Bu zaman vacib və fərdi məsələlərdə sistemə güvənən istifadəçilərin etibarını qorumaq prioritetdir. İstifadəçiləri daha yaxşı başa düşmək, rəylərini dinləmək və düzgün qərarlar vermək məqsədilə prosesə sınaq mərhələsi ilə başlayırıq".
Mənbə oxu.az

Oxşar Xəbərlər