Dünya

ABŞ demokratların nəzarəti altında olan ştatlarda səhiyyə qrantlarını azaldır

10 Feb 2026, 12:44 2 baxış
ABŞ demokratların nəzarəti altında olan ştatlarda səhiyyə qrantlarını azaldır
ABŞ administrasiyası demokratların rəhbərlik etdiyi dörd ştatda səhiyyə maliyyələşdirməsini azaltmağı planlaşdırır. Qərar Kaliforniya, Minnesota, İllinoys və Kolorado ştatlarına təsir göstərib və ümumi ixtisarlar təxminən 600 milyon dollar təşkil edir. Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. Daxili mənbələrin məlumatına görə, Səhiyyə və İnsan Xidmətləri Departamenti (SİXD) büdcənin məhdudlaşdırılmasına bu həftənin sonundan etibarən başlayacaq. Agentlik qrantların mövcud administrasiyanın siyasət prioritetləri ilə uyğun gəlmədiyini izah edib. Söhbət Prezident Baydenin dövründə başladılan İctimai Səhiyyə İnfrastrukturu Qrantları proqramından gedir. Bu vəsait Xəstəliklərə Nəzarət Mərkəzləri (XNM) vasitəsilə bölüşdürülüb və məlumat sistemlərinin modernləşdirilməsi üçün istifadə edilib. İxtisarların təsir etdiyi proqramlar arasında HİV və cinsi yolla keçən infeksiyalarla mübarizə də var. Səhiyyə və İnsan Xidmətləri üzrə yeni katib Robert Kennedinin təyinatı bu sahədə bir sıra dəyişikliklərə səbəb olub. Təkcə maliyyələşdirmədə deyil, həm də müvafiq departamentlərdə də ixtisarlar baş verib.
Mənbə oxu.az

Oxşar Xəbərlər