Dünya

Trampdan Kanadaya sərt xəbərdarlıq - Hokkey və Stenli Kuboku körpüyə qurban gedəcək?

10 Feb 2026, 11:32 2 baxış
Trampdan Kanadaya sərt xəbərdarlıq - Hokkey və Stenli Kuboku körpüyə qurban gedəcək?
ABŞ dövlət başçısı Donald Tramp bəyan edib ki, rəsmi Ottava Vaşinqtona strukturun mülkiyyət hüququnun 50 faizini təhvil verməyənə qədər Ontario ilə Miçiqanı birləşdirən körpü istifadəyə verilməyəcək. Oxu.Az bildirir ki, bu barədə Ağ Ev rəhbəri öz sosial media hesabında paylaşım edib. "Kanada ABŞ-yə layiq olduğu ədaləti və hörməti göstərənədək həmin körpünün açılışına icazə verməyəcəyəm. Danışıqlara dərhal start verəcəyik. Onlara təqdim etdiklərimizi nəzərə alsaq, bu aktivin ən azı yarısı bizim olmalıdır", - deyə ABŞ prezidenti qeyd edib. Tramp iki dövlət arasında sözügedən problemin yaranmasına görə ABŞ-nin keçmiş prezidenti Barak Obamanı ittiham edib. Həmçinin ABŞ prezidenti Kanada hökumətinin Çinlə razılaşma əldə etmək niyyətlərini yenidən tənqid atəşinə tutub. O xəbərdarlıq edib ki, əgər belə bir hal yaşanarsa, Kanadada hokkeyi dayandıra və Stenli Kubokunu birdəfəlik ləğv edə bilər. Xatırladaq ki, ABŞ lideri daha öncə Ottava və Pekin arasındakı yaxınlaşmaya cavab olaraq, Kanadadan gələn bütün məhsullara 100% gömrük rüsumu tətbiq ediləcəyini elan etmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər