Dünya
ABŞ-də təyyarə magistral yola qəza enişi etdi, maşınlarla toqquşdu - Xəsarət alanlar var
ABŞ-nin Florida ştatında yüngülmühərrikli təyyarə texniki problemlər səbəbindən avtomobillərin sıx hərəkət etdiyi şəhər yoluna məcburi eniş edib. Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə "International Business Times UK" nəşri məlumat verib. Məlumata görə, qəza Qeynsvill şəhərində baş verib. "Beechcraft Hawker G-36" təyyarəsi magistral yola eniş edərkən bir neçə avtomobillə toqquşub. Ən azı beş maşına zərər dəyib.
İki sürücü yaralanıb və xəstəxanaya yerləşdirilib. Bundan əlavə, təyyarənin göyərtəsində olan iki nəfər də xəsarət alıb. Ştat hökuməti təcili enişin səbəbləri və qəzanın baş vermə şəraiti ilə bağlı araşdırmalara başlayıb.

Mənbə
oxu.az