Dünya

Əraqçı Oman danışıqları ilə bağlı türkiyəli həmkarına zəng etdi: İranlı nazir görüşü "yaxşı başlanğıc" adlandırdı

10 Feb 2026, 11:56 2 baxış
Əraqçı Oman danışıqları ilə bağlı türkiyəli həmkarına zəng etdi: İranlı nazir görüşü "yaxşı başlanğıc" adlandırdı
İranın xarici işlər naziri Abbas Əraqçı Türkiyə, Misir və Səudiyyə Ərəbistanından olan həmkarları ilə telefon danışıqları aparıb. O, söhbət zamanı fevralın 6-da İranın nüvə proqramı ilə bağlı ABŞ ilə aparılan danışıqları yüksək qiymətləndirib. Oxu.Az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Əraqçı danışıqları "yaxşı başlanğıc" adlandırıb və ABŞ tərəfinin niyyət və məqsədlərinə qarşı inamsızlığın aradan qaldırılmasının vacibliyini vurğulayıb. Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib - şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb. İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. Tehran meri Əlirza Zakani deyib ki, etirazçılar paytaxtda 25 məscidi yandırıb, 26 bank, üç tibb mərkəzi, 10 dövlət müəssisəsi, 48 yanğınsöndürən maşın, 42 avtobus və təcili yardım maşını, həmçinin 24 mənzilə ziyan vurublar. İran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb və hadisələrin təşkilində İsrail və ABŞ-ni təqsirləndirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər