Cəmiyyət

Ərazi zibil içində batır, sədr “xəbərçini” axtarır - Foto

10 Feb 2026, 10:57 2 baxış
Ərazi zibil içində batır, sədr “xəbərçini” axtarır - Foto

Cəlilabad rayonunun Təzəkənd kəndində antisanitar vəziyyət yaranıb.


Bu barədə Axar.az-a yerli sakinlər məlumat və foto təqdim edib.


Fotolarda kəndin bir neçə ərazisinin zibilxanaya çevrildiyi görünür.


Təzəkənd kəndinin bələdiyyə sədri Şikar Bədirov isə saytımıza açıqlamasında faktdan deyil, faktın yayılmasından narahat olub.


“Hər yerindən duran şəkil atacaq, mən də onun arxası ilə düşəcəm? Bunu yazan, şikayət edən adamı tapıb, onun qulağının dibinə şillə çəkəcəm, ağlı başına gələcək. Heç o vəzifəni də istəmirəm, cəhənnəm olsun”, - o bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər