Cəmiyyət
Emil Xəlilova vəzifə verildi
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC-yə yeni direktor təyin edilib. Oxu.Az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı dövlət agentliyinin sədri Elnur Bağırov müvafiq qərar imzalayıb. Qərara əsasən, bu vəzifəyə Emil Vahid oğlu Xəlilov təyin olunub. Qeyd edək, E.Xəlilov 1985-ci ildə anadan olub. Fotoda Emil Xəlilov
2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsini bitirib. 2023-2024-cü illərdə Avropa Birliyi tərəfindən maliyyələşdirilən, Madrid Texniki Universiteti və Milan Texniki Universiteti tərəfindən dəstəklənən "Dövlət xidmətləri üçün süni intellekt" (AI4GOV) magistr proqramının iştirakçısı olub. Əmək fəaliyyətinə 2007-ci ildə bank sahəsində hüquqşünas olaraq başlayıb. 2008-2020-ci illərdə ölkənin müxtəlif banklarında baş hüquqşünas, şöbə müdiri və departament direktoru vəzifələrini icra edib. 2020-2022-ci illərdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin üzvü vəzifəsində çalışıb. 2022-2023-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin Hüquq və sənədlərlə iş departamentinin rəhbəri vəzifəsində fəaliyyət göstərib. 2023-2024-cü illərdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktorunun müşaviri vəzifəsində çalışıb. 2024-cü ildən cari təyinatadək Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İnnovasiya və Təchizat Mərkəzinin Hüquq, İnsan resursları və Sənədlərlə iş departamentinin rəhbəri vəzifəsində çalışıb. Ailəlidir, 3 övladı var.

Mənbə
oxu.az