Cəmiyyət
Fəzail Ağamalının vida və dəfn yeri bilindi
Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalı ilə vida mərasimi bu gün saat 12:00-da Heydər Məscidində keçiriləcək. Bu barədə Oxu.Az-a mərhumun oğlu Elçin Ağamalı məlumat verib. O bildirib ki, vida mərasimindən sonra F.Ağamalının nəşi Ramana qəbiristanlığında dəfn olunacaq. Məlik Məlikov Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalının nəşi ölkəmizə gətirilib. Oxu.Az xəbər verir ki, bununla bağlı Baku TV videomaterial hazırlayıb.
Qeyd edək ki, 78 yaşlı mərhum siyasətçi axşam saatlarında Türkiyədə dünyasını dəyişib. O, qızı Günay Ağamalı ilə müayinə və müalicə üçün Türkiyəyə gedibmiş. Xatırladaq ki, F.Ağamalı uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Mənbə
oxu.az