Dünya
Liviyada helikopter qəzaya uğradı, beş nəfər öldü
Liviyanın cənub-şərqində tibbi helikopterin qəzaya uğraması nəticəsində beş nəfər həlak olub. Oxu.Az xəbər verir ki, "Al Wasat" nəşri yerli mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, qəza Kufra şəhəri yaxınlığında baş verib. Helikopter tibbi təxliyə missiyasından qayıdarkən qəzaya uğrayıb.
Ölənlər arasında iki hərbçi, bir tibb bacısı və iki heyət üzvü olub. Qəzanın ilkin səbəbinin texniki nasazlıq və ya əlverişsiz hava şəraiti olduğu ehtimal edilir. Məlumata görə, yerli hakimiyyət orqanları hadisəni araşdırır və rəsmi açıqlama gözlənilir.

Mənbə
oxu.az