Cəmiyyət

Azərbaycan iqtisadiyyatı Amerika şirkətləri üçün cəlbedicidir

10 Feb 2026, 09:15 2 baxış
Azərbaycan iqtisadiyyatı Amerika şirkətləri üçün cəlbedicidir

Azərbaycan iqtisadiyyatı Amerika şirkətləri üçün olduqca cəlbedicidir.


Axar.az xəbər verir ki, bu barədə ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi jurnalistlərlə görüşü zamanı bildirib.


O qeyd edib ki, nümayəndə heyətinin tərkibində Azərbaycana böyük şirkətlər qrupu gəlib:


"Burada energetikadan tutmuş telekommunikasiyaya qədər, müxtəlif sahələri təmsil edən şirkətlər var".


K.Çoksi vurğulayıb ki, heyətdə iqtisadiyyatın, demək olar ki, bütün sahələrini əhatə edən 31 şirkət 60-dan çox nümayəndə ilə təmsil olunur.


"Bakıda keçirdiyimiz dünənki gün bizim üçün olduqca məhsuldar oldu və biz bu gün də eyni dərəcədə nəticəli iş gözləyirik", - deyə Çoksi əlavə edib.

Mənbə axar.az

Oxşar Xəbərlər