Cəmiyyət

Qeyri-sabit hava ilə bağlı qabaqlayıcı tədbirlər görülür - ADY

10 Feb 2026, 09:56 2 baxış
Qeyri-sabit hava ilə bağlı qabaqlayıcı tədbirlər görülür - ADY

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə bağlı zəruri qabaqlayıcı tədbirlər görür.


Bu barədə Axar.az-a QSC-dən bildirilib.


Qurumun məlumatına görə, ölkə boyunca dəmiryol vağzal, stansiya və dayanacaqlarında qatarların və sərnişinlərin təhlükəsiz hərəkəti üçün işçi heyəti fasiləsiz çalışır, platformalarda xüsusi örtüklər salınıb.


"Hazırda qatarlar qrafik üzrə hərəkətini davam etdirir. Hava şəraiti sabitləşənədək analoji tədbirlər davam etdiriləcək. Sərnişinləri platformalarda hərəkət zamanı diqqətli olmağa və dəmiryol xətlərini müvafiq keçidlərdən keçməyə çağırırıq", - məlumatda qeyd edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər