Maraqlı

180-ə yaxın ölkədən qədim əşyaların toplandığı əntiq mağazadan fotoreportaj

08 Feb 2026, 13:12 1 baxış
180-ə yaxın ölkədən qədim əşyaların toplandığı əntiq mağazadan fotoreportaj
Əntiq əşyaların yer aldığı bu mağazada müxtəlif dövrlərə aid saatlar, samovarlar, qəzetlər, markalar, suvenirlər, bəzək və məişət əşyaları toplanıb. Oxu.Az PhotoStock.az-a istinadla məlumat verir ki, kolleksiya gündəlik həyatın, məişət mədəniyyətinin və estetik zövqün illər boyu necə dəyişdiyini aydın şəkildə əks etdirir. Burada hətta XVI-XVII əsrlərə aid qədim əşyalar da yer alır və bu nümunələr tarixi baxımdan xüsusi əhəmiyyət daşıyır. Mağazada Osmanlı, Şirvanşahlar və Səfəvi dövlətlərinə aid sikkələr, həmçinin 170-180 ölkəni təmsil edən müxtəlif pul vahidləri toplanıb. Ümumilikdə mağaza tarixə və əntiq əşyalara maraq göstərənlər üçün zəngin şəkildə formalaşdırılmış kolleksiyadır. 180-ə yaxın ölkədən qədim əşyaların toplandığı əntiq mağazadan fotoreportajı təqdim edirik:
{{gallery}} Daha çox foto burada: PhotoStock.az
Mənbə oxu.az

Oxşar Xəbərlər