Cəmiyyət

Bank və dövlət sektorlarına qarşı yönəlmiş fişinq cəhdi ilə bağlı araşdırma aparılıb

06 Feb 2026, 15:08 2 baxış
Bank və dövlət sektorlarına qarşı yönəlmiş fişinq cəhdi ilə bağlı araşdırma aparılıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) steqanoqrafiya texnikalarından istifadə edərək dövlət və bank sektorunu hədəfləyən hücum cəhdi araşdırıb. Oxu.Az xəbər verir ki, bu barədə ETX məlumat yayıb. Məlumata görə, təhlil nəticəsində hücum ssenarisində steqanoqrafiya metodlarından istifadə edilməklə, zərərli komponentlər legitim görünən fayllar daxilində gizlədildiyi müəyyən edilib. İstifadəçi tərəfindən fayl açıldığı halda isə "Remcos RAT" tipli zərərli proqram təminatının yüklənməsi və sistem üzərində tam uzaqdan idarəetmənin əldə olunması riski yaranıb. Hücuma dair texniki indikatorlar (IOC-lar) misp.cert.az platformasına əlavə edilib. Qeyd edilib ki, qurumlar və təşkilatlar şübhəli fəaliyyətlər, aşkar edilmiş indikatorlar və kiberinsidentlər barədə Milli CERT ilə operativ məlumat mübadiləsi aparmağa və əməkdaşlığa dəvət olunurlar.
Mənbə oxu.az

Oxşar Xəbərlər