Cəmiyyət

Vətəndaşı təhqir edən vəzifəli şəxs işdən çıxarıldı

19 Oct 2026, 13:36 3 baxış
Vətəndaşı təhqir edən vəzifəli şəxs işdən çıxarıldı
Şəmkir Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsindən azad olunub. Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov əmr imzalayıb. Əmrə əsasən, Şəmkir Suvarma Sistemləri İdarəsinin rəisi Alim Abbasov tutduğu vəzifədən azad edilib. Digər əmrlə bu vəzifəyə Müşfiq Mehdixanov gətirilib. Qeyd edək ki, sosial şəbəkələrdə A.Abbasovun vətəndaşı təhqir etməsi ilə bağlı görüntüləri yayılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər