Cəmiyyət
Xalq rəssamı Ağaəli İbrahimovun doğum günüdür
Bu gün Xalq rəssamı, Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimovun doğum günüdür. Oxu.Az xatırladır ki, o, 6 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1960-1966-cı illərdə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbində, 1969-1974-cü illərdə isə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1966-cı ildən ümumrespublika və beynəlxalq sərgilərdə iştirak edib, əsərləri Rusiya, Türkiyə, ABŞ, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Suriya, Bolqarıstan və digər ölkələrdə nümayiş olunub. Ağaəli İbrahimov 1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 30 may 2002-ci ildə "Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi", 29 dekabr 2006-cı ildə isə "Azərbaycan Respublikasının Xalq rəssamı" fəxri adlarına layiq görülüb.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az