Cəmiyyət

İdrak Liseyində şagird müəllimi güllələdi - Yenilənir

06 Feb 2026, 10:45 4 baxış
İdrak Liseyində şagird müəllimi güllələdi - Yenilənir

10:26


Bakıda yerləşən İdrak Liseyində silahlı insident baş verib.


Axar.az Unikal-a istinadla xəbər verir ki, liseyin müəllimi 10-cu sinif şagirdi tərəfindən güllələnib. Güllələnən şəxs liseyin 28 yaşlı qadın riyaziyyat müəllimi olub.


Xəsarət yetirilən müəllim xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğunu bildirilir.


Valideynlər hazırda öz övladlarını liseydən götürürlər.


Liseyin rəhbəri Mönsüm Alışov hadisənin ehtiyatsızlıqdan baş verdiyini bildirib:


"Şagird ov tüfəngini liseyə məktəb çantasında gətirib. Hadisə ehtiyatsızlıqdan baş verib".

Mənbə axar.az

Oxşar Xəbərlər