Cəmiyyət

Kişi evində vurulan iynədən şoka düşərək öldü

06 Feb 2026, 10:54 2 baxış
Kişi evində vurulan iynədən şoka düşərək öldü

Yevlax sakini evində vurulan iynədən şoka düşərək ölüb.


Axar.az Report-a istinadən xəbər verir ki, rayon sakini, 54 yaşlı Z.Quliyev sağlamlığında yaranan problem səbəbindən evində antibiotik iynə vurulub.


Bundan sonra onun halı pisləşərək şoka düşüb. Zərərçəkən Yevlax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər