Cəmiyyət

Naxçıvanda su olmayacaq

06 Feb 2026, 09:48 2 baxış
Naxçıvanda su olmayacaq
Naxçıvan şəhərində magistral su xəttində qəza baş verib. Oxu.Az "Nuhçıxan"a istinadən xəbər verir ki, qəza şəhərin Əliqulu Qəmküsar, Babək, Əlincə küçələrini, 6-cı məhəlləni və Hacıniyyət kəndini içməli su ilə təmin edən magistral xətdə qeydə alınıb. Qəzanın fəsadlarının aradan qaldırılması işləri ilə əlaqədar həmin ərazilərin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq. İşlər bu gün ərzində yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər