Cəmiyyət
Müasir Azərbaycan əlifbasının müəllifi - Afad Qurbanovun elmi missiyası
Alimlər, elm adamları həmişə mənsub olduqları xalq üçün ən sayılıb seçilən, hörmət, ehtiram bəslənilən şəxslər olmuşdur. Alim ölsə, aləm ölər xalq deyimi bütövlükdə xalqımız tərəfindən elm adamlarına verilən yüksək qiyməti bir daha təcəssüm etdirir. Yeni dünya düzümünün, Türk - turan dünyasının formalaşmağa başladığı hazırkı zamanda dünyanın ən qüdrətli, baş verən prosesləri "gözə görünməz yollarla" idarə edən, söz sahibi olan ölkələrin tarixinə nəzər salsaq onların bu mövqeyə əsasən elm, bilik sahəsində qazanılmış nailiyyətlər hesabına çatdıqlarının şahidi oluruq. Bu baxımdan qeyd etmək yerinə düşər ki, qəhrəmanlıqlarla dolu, son dərəcə zəngin, tarixi beş min ildən əvvəllərə dirənən, müdrikdən müdrik Azərbaycan xalqının da kifayət qədər dərin bilikli, iti zəkalı, adları nəinki ölkəmizdə, eləcə də dünyanın ən dahi, sayılıb seçilən alimləri sırasında hörmət və ehtiramla çəkilən nəhəng alimləri olmuşdur. Təbiidir ki, xalqımız haqlı olaraq belə övladları ilə daim fəxr etmiş və bundan sonra da edəcəkdir. Belə alimlərimizdən biri də xalqımızın böyük oğlu, beynəlxalq və milli akademiyaların akademiki, Azərbaycanın görkəmli dilçi alimi, türkoloq və ictimai xadimi, Müasir Azərbaycan Əlifbasının müəllifi, eləcə də bütün türk xalqları üçün Ortaq Türk Əlifbasının tərtibatçısı və Azərbaycan Onomastika Elmi Məktəbinin banisi Afad Qurbanovdur. A.Qurbanov titanik, qeyri-adi dərəcədə zəngin yaradıcılığı ilə Azərbaycan dilçilik elmini inkişaf etdirmişdir. Son dərəcə məhsuldar, zəhmətkeş, ən müxtəlif elm sahələrində kifayət qədər dərin, ensiklopedik biliyə malik alimin yazmış olduğu əsərlərini vərəqlədikcə, onlarla tanış olduqca gözlərimiz qarşısında çoxşaxəli - həm dilçi, həm də ədəbiyyatçı, tarixçi, filosof, coğrafiyaçı, etnoqraf, sosioloq, ən əsası isə bütün varlığı təpədən dırnağa qədər milli hisslərlə yoğrulmuş, xalqına, millətinə sonsuz sevgi hissi ilə bağlı olan alovlu vətənpərvər bir alimin həyatı canlanır.
İliyindən, qanından gələn irsi keyfiyyətlər - vətənpərvərlik, məğrurluq, qürurluluq, heç kəsdən söz götürməmək, zəhmətsevərlik, əldə edilən nailiyyətlərlə heç vaxt kifayətlənməmək və s. Afad müəllimin şəxsi keyfiyyətləridir. Afad müəllimin elmdə qazandığı uğurlar, titular, onun qeyri-adi dərəcədə məhsuldar işi, dünya miqyasında tanınmış türkoloq alimlərin onunla hesablaşmaları bilavasitə onun əsl alim üçün zəruri olan keyfiyyətləri özündə birləşdirməsi idi. Hələ erkən yaşlarından ağır, gərgin əməyə qatlaşan, zəruri ehtiyaclarını öz zəhməti ilə təmin edən, ona görə də heç kimdən "gözü kölgəli" olmayan, müstəqil düşüncəni hər şeydən üstün tutan Afad müəllim haqsızlıqla, ədalətsizliklə barışmır, tutduğu vəzifədən asılı olmayaraq hər kəsə sözünü şax üzünə deyirdi. Bütün bu keyfiyyətləri onu ictimaiyyət - tələbələr, müəllimlər, alimlər içində zamanın şəxsiyyəti kimi tanıtdırırdısa, digər tərəfdən də əleyhdarlarının sayını artırırdı. Afad müəllim istedadlı, amma imkansız tələbələrə bacardıqca "əl tutur", onlara elm sahəsində inkişaf etmələri üçün "arxa durur", onların həyat yollarına istiqamət verirdi. Azərbaycan Pedaqoji Universitetində rektor olduğu illərdə bu böyük insan hələ ötən əsrin 80-ci illərində sanki bu günləri görərək o vaxtkı APİ-nin Şaumyan küçəsinə açılan qapısını bağlatdıraraq Ü.Hacıbəyov küçəsindən qapı açdırmışdır. Niyə? Ona görə ki, mərkəzdə - Moskvada institutun plan prospekti çəkiləndə ünvanda Şaumyanın yox, Ü.Hacıbəyovun adı getsin. Bəli, şübhəsiz ki, bütün bu əməllər Afad müəllimin öz xalqına, millətinə olan sevgisinin təzahürü idi. Yəqin o vaxtlar heç kimin ağlına da gəlməzdi ki, hələ səkkiz yaşında hər iki valideynini itirmiş, yaxın qohumlarının himayəsində böyümüş, Bakıya gələrkən ilk vaxtlar heç kimi tanımayan, heç bir yaxın qohumu olmayan, kənddə böyümüş adi bir yeniyetmə bir neçə on illikdən sonra ən məşhur, nəinki təkcə öz ölkəsində, eləcə də bütün dünya miqyasında qüdrətli türkoloqların hesablaşdığı bir alim olacaqdır. Türkiyə Respublikası kimi dünyanın qüdrətli, beynəlxalq miqyasda söz sahibi olan dövlətin başçısı Süleyman Dəmirəlin gələcəkdə bütün Türk xalqları üçün nəzərdə tutulan ortaq əlifbanın yaradılması ilə əlaqədar şəxsi dəvətini alacaqdır. Həm canından artıq sevdiyi xalqı üçün, həm də dörd yüz milyondan çox türkü birləşdirəcək vahid əlifba müəllifi olacaqdır. Burada məntiqi olaraq ortaya belə bir sual çıxır: bəs Süleyman Dəmirəl kimi bir neçə on illiklər ərzində "siyasət qazanında qaynayan", siyasətin hər üzünü görmüş bir dövlət başçısı türk xalqları üçün ümumi olacaq vahid əlifbanın yaradılması üçün niyə məhz Afad müəllimi çağırırdı? Türkiyənin özündə, yaxud digər türk respublikalarında türk xalqları üçün vahid, yeni əlifba tərtib edəcək başqa bir türkoloq alim yox idimi? Əlbəttə, var idi. Lap çox idi… İstər qardaş Türkiyədə, istərsə də digər türk respublikalarında. Amma onların heç biri səsin qrafikası, əlifba sistemi və onun fonetik funksiyasını Afad müəllim səviyyəsində daxili gücü ilə, müvafiq arqumentlərlə öz düşüncəsini, fikirlərini opponentlərinə qəbul etdirmək səviyyəsində deyildilər.
Məlumat üçün bildirim ki, 12 sentyabr 2024-cü il tarixdə Türk Dövlətləri Təşkilatı tərəfindən Ortaq Türk Əlifbasının layihəsi təsdiq olunaraq onun tətbiqi ilə əlaqədar razılığa gəlinmişdir. Türk Dövlətləri Təşkilatı tərəfindən təsis olunmuş Türk Dünyası Ortaq Əlifba Komissiyasının üzvlərinin iştirakı ilə keçirilən bu önəmli iclasın əsas məqsədləri bu sahədə əldə edilən bilik və təcrübələrin paylaşılması və Türk dilləri üçün ortaq əlifba layihəsi üzərində işlərin yekunlaşdırılmasından ibarət olmuşdur. Komissiya 1991-ci ildə alimlər tərəfindən təklif olunan latın qrafikası əsaslı Ortaq Türk Əlifbası layihəsini hərtərəfli şəkildə nəzərdən keçirmiş və bu layihədə gərəkli olan məqamlara diqqət yetirərək ümumilikdə 1991-ci il layihəsini qəbul etmişlər. Qeyd olunmalıdır ki, 1991-ci ildə Ortaq Türk Əlifbasının hazırlanmasının əsas təşəbbüskarı və tərtibatçısı tanınmış türkoloq, dilçi-alim və ictimai xadim, Müasir Azərbaycan Əlifbasının müəllifi akademik Afad Qurbanov olmuşdur. Məlum olduğu kimi, 18-20 oktyabr 1991-ci il tarixdə İstanbulda Marmara Universitetinin Türkologiya İnstitutu tərəfindən təşkil edilən "Müasir Türk Əlifbası" simpoziumunda Afad Qurbanovun təqdim etdiyi Ortaq Türk Əlifbası layihəsi türkdilli dövlətlərin dilçiləri tərəfindən qəbul edildi. Bu iclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkmənistandan olan dilçilər iştirak etdilər. Təqdim olunmuş əlifba 34 hərfdən ibarət idi ki, bunlardan 29-u türk dilindən götürülmüşdür. Akademik Afad Qurbanovun gərgin əməyinin nəticəsində 1991-ci ildə türk dünyası üçün 34 hərfdən ibarət latın qrafikası əsasında hazırlanmış Ortaq Türk Əlifbasının layihəsi bütün türkdilli xalqların fonetik sistemini əhatə etmişdir. Afad Qurbanov 1993-cü ildə Ortaq Türk Əlifbası layihəsi türkdilli dövlətlərin alimləri tərəfindən qəbul olunarkən demişdir ki, "Bu əlifba türk dillərinin hamısının danışıq səslərini əhatə edir. Türk xalqlarının siyasi, iqtisadi və mədəni birliyinin yaranması və həyata keçirilməsi üçün ortaq türk dili və əlifbasının xüsusi tarixi əhəmiyyəti vardır. Ortaq əlifba türkdilli xalqların tarixini, ədəbiyyat və mədəniyyətini, folklorunu, adət-ənənələrini öyrənməkdə, təbliğ etməkdə böyük rol oynaya biləcəkdir". Ortaq Türk Əlifbasının hazırlanmasındakı, Türkoloji dilçiliyin və Ortaq Türk Dilinin inkişafındakı xidmətlərinə görə Afad Qurbanov Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Süleyman Dəmirəl tərəfindən Ankaraya dəvət olunaraq Türk Dil Qurumunun şərəf üzvlüyünə ilk azərbaycanlı olaraq qəbul edilmişdir. Yeri gəlmişkən, A.Qurbanovun əsərlərinin tam külliyatının X cildinin üçüncü bölməsindəki fəsillər bu baxımdan xarakterikdir: 1.Ortaq türk ədəbi dili zəruriliyi; 2.Türk millətləri üçün ortaq əlifba reallaşdırmaq; 3.Ortaq türk ədəbi dili lüğəti yaratmaq; 4.Ortaq dil üçün termin ümumiliyinə nail olmaq; 5.Ortaq türk ədəbi dili qrammatikasını yaratmaq. Əlifba məsələsi müstəqillik illərində ölkəmizdə dövlətçiliyin əsas atributlarından biri kimi müzakirə olunmuşdur. 1990-cı ildə baş vermiş ictimai-siyasi hadisələr bütün sahələrdə olduğu kimi xalqın inkişafında mühüm rolu olan əlifba məsələsinə də təsir etmişdir. Bu məqsədlə Azərbaycan Əlifba Komissiyası yaradılmış və əlifba ilə bağlı uzunmüddətli tədqiqatları və praktik təcrübəsi nəzərə alınaraq o dövrdə Elmlər Akademiyasının yeganə üzvü Afad Qurbanov həmin Komissiyanın sədri təyin edilmişdir. Azərbaycan dilinin səs sistemi və digər xüsusiyyətlərini nəzərə alınmaqla əlifba mütəxəssisi olan A.Qurbanov tərəfindən hazırlanmış latın qrafikalı əlifba Komissiyanın müzakirəsinə verilmişdir. Televiziya və mətbuat vasitəsilə əlifba layihəsi Afad Qurbanov tərəfindən ictimaiyyətə çatdırılmış və geniş müzakirəsi keçirilmişdir. Yeni latın qrafikalı əlifbanın layihəsi müzakirədən sonra qəbul edilmişdir. 1991-ci ilin 25 dekabrında Azərbaycan Respublikasının Ali Soveti "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası qanununun qüvvəyə minməsi barədə qərar verildi. Əlifba sırası və səslərin hərfi ifadəsi 30-cu illərin əlifbasından tamamilə fərqlənirdi və "bərpa" əvəzinə əslində yeni əlifba yaradılmışdır. Amma təəssüf ki, əlifbamızın dövlət səviyyəsində dəyişməsindən xeyli müddət keçsə də onun konkret olaraq kim tərəfindən hazırlanması, tərtib olunması açıq şəkildə qeyd edilmir. Sual olunur: haqq - ədalət naminə işlətdiyimiz əlifbanın müəllifinin Afad müəllimin olmasını konkret olaraq dərslikdə göstərilməsi çoxmu çətindir? Düşünürəm ki, haqq - ədalət naminə elə özümüzdə, hazırda işlətdiyimiz Əlifbanın əsl müəllifinin kim olduğunu ictimaiyyətə bildirməyin vaxtı çoxdan çatıb. Qeyd olunmalıdır ki, 2001-ci ildə Ümummilli Lider Heydər Əliyevin müvafiq Fərmanına əsasən həmin latın qrafikalı əlifbanın geniş tətbiqi tam təmin olunmuşdur. Məhz bundan sonra respublikada bütün yazılı sənədləşmələr latın qrafikası ilə aparılmağa başladı. H.Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında" və "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 2004-cü il tarixli sərəncamları da öz ictimai-tarixi əhəmiyyətinə görə yüksək qiymətləndirilir. A.Qurbanovun yaxınlarda çapdan çıxmış əsərlərinin tam külliyatının elə birinci cildi ilə tanış olduqda şəxsən mənim tarixçi alim kimi diqqətimi əsərin "Onomalogiya və tarix" fəsli cəlb etdi. Burada A.Qurbanov bildirir ki, "paleoonomastik vahidlərin, o cümlədən toponim, antroponim və etnonimlərin öyrənilməsində tarix elminin ayrı-ayrı sahələri, məsələn, etnoqrafiya, etnocoğrafiya, arxeologiya, numizmatika və s. sahələr köməyə çatır. Arxeoloji axtarışlar zamanı bir sıra yazılı abidələr tapılır ki, bunların mətnində çoxlu miqdarda həmin dövrə aid xüsusi adlar da əks olunmuşdur. Tarixçi alim - arxeoloq həmin tapıntını elmi tədqiqata cəlb edərkən istər - istəməz orada rast gəlinən xüsusi adlara da toxunmalı olur. Belə olduqda arxeoloqlar linqvistika üçün çox qiymətli faktlar verə bilərlər." Verilən sitatdan göründüyü kimi A.Qurbanov tarixçi alimin, arxeoloqun həm də linqvistika sahəsinə töhfə verə biləcəyini qeyd edir. Şübhəsizdir ki, belə məqamda bu elm sahələri qarşılıqlı surətdə bir-birlərinin zənginləşməsinə kömək edir, onlar arasında əlaqə yaradır. Bunu əvvəlcədən görmək, qeyd etmək üçün aydındır ki, A.Qurbanov kimi əsl alim məntiqinə, iti zəkaya malik olmaq lazım idi. Daha sonra A.Qurbanov bildirir: "Qədim dövrlərə aid qohum adların öyrənilməsi ayrı-ayrı qəbilə və tayfa birliklərinin əmələ gəlməsi və həyatına aid məlumatlar əldə etməyə imkan verir. Qədim salnamələr, dövlət sənədləri və fərmanları, yazılı kitabələr və s. həm tarix elmi, həm də onomalogiya üçün əvəzsiz mənbədir. Bunlardan başqa tarix elminin genealogiya (ayrı-ayrı şəxslərin və ailələrin qohumluğunu öyrənən şöbə), strgistika (mətbuat tarixini öyrənən sahə), numizmatika (qədim pulları öyrənən sahə) onomalogiya ilə, xüsusilə antroponimika və toponimika ilə daha sıx əlaqədədir. Lakin burada Afad müəllim özünə xas prinsipiallıqla açıq şəkildə bildirir ki, bu sahədə Azərbaycan tarixçiləri hələ çox az iş görmüşlər. Rus xalqının tarixində bu sahədə zəngin təcrübə vardır. Azərbaycan tarixində bəzi sülaləyə, nəslə məxsus qohumluq əlaqələri və nəsil başçılarının adları, nəsilləri kifayət qədər öyrənilməmişdir. Bəli, düşünürəm ki, burada böyük alimin fikri ilə razılaşmamaq mümkün deyildir. Belə ki, doğrudan da tarixçi alim kimi deməliyəm ki, bir çox Azərbaycan hökmdarlarının fəaliyyətləri, şəxsiyyətləri heç də kifayət qədər dərindən öyrənilməmişdir. Necə deyərlər, bu sahədə kifayət qədər "ağ ləkələr" vardır. Bütün bunlarla yanaşı, tarix elmi birbaşa onomastikanın tərkib hissələrindən biri olan toponomika ilə də məşğul olur. Bu sahədə Azərbaycan tarixçiləri müəyyən nəticələr əldə etmişlər. Elə buradaca A.Qurbanov ayrıca olaraq "Onomalogiya və etnoqrafiya", "Onomalogiya və sosiologiya", "Onomalogiya və coğrafiya", "Onomalogiya və astronomiya", "Onomalogiya və epiqrafika", "Onomalogiya və estetika" fəsillərini vermişdir. Elə fəsillərin adından göründüyü kimi onomalogiya elmi ilə tarixin, eləcə də bu elmin köməkçi sahələri olan etnoqrafiyanın, sosiologiyanın, epiqrafikanın, estetikanın, coğrafiyanın, astronomiya ilə üzvi şəkildə əlaqəsi verilmişdir. Zənnimcə verilən hissələr bilavasitə müəllifin necə əhatəli, ensiklopedik biliyə, dərin zəkaya sahib olduğunu çox gözəl təcəssüm etdirir. Buna əsaslanaraq müəllif Azərbaycan dilində işlənən adların meydana gəlməsinin mənbə üsullarını geniş şəkildə izah edir. Azərbaycan adları, əcnəbi mənşəli şəxs adları, ümumiyyətlə, antroponimik vahidlərin tədqiqi alimin yaradıcılıgında mühüm tutur. Müəllif antroponimikanın məsələlərini linqvistik istiqamətdə təhlil edərək bu sahədə olan problemləri aradan qaldırmağa çalışmışdır. Müəllifin əsərləri toplusunun ikinci cildinə nəzər salanda da onun çox əhatəli, ensiklopedik biliyə malik ziyalı olmasının bir daha şahid oluruq. Belə ki, ikinci cildin dördüncü fəslinin yarım başlıqlarının siyahısında oxuyuruq: 1."Dilçilik və ədəbiyyatşünaslıq"; 2."Dilçilik və mətnşünaslıq"; 3."Dilçilik və fəlsəfə"; 4."Dilçilik və məntiq"; 5."Dilçilik və psixologiya"; 6."Dilçilik və pedaqogika"; 7."Dilçilik və tarix"; 8."Dilçilik və sosiologiya"; 9."Dilçilik və estetika". Bununla da elmlərin dilçilik elmi ilə qarşılıqlı əlaqəsi və əhatə dairəsi müəyyənləşdirilir. Afad müəllimin, bu elm fədaisinin son dərəcə geniş miqyaslı, zəngin yaradıcılığını, kitablarında bu yarımbaşlıqlarında verilən materialları nəzərdən keçirdikdə A.Qurbanov gözlərimiz qarşısında həm dilçi, həm də filosof, psixoloq, pedaqoq, tarixçi, sosioloq, estetika sahəsinin bilicisi, əsl alim kimi canlanır. Əsərlərində qoyulan problemləri son dərəcə müxtəlif elm sahələrini bir müstəvi üzərində tədqiq edən, onlar arasında müvəffəqiyyətlə "təmas nöqtələri" tapan Afad müəllimin çoşaxəli yaradıcılığı milli dəyərlərimizin tədqiqinə həsr olunmuşdur. Elə ikinci cildin dördüncü fəslinin "Dilçiliyin qeyri - ictimai elmlərlə əlaqəsi" adlı ikinci bölümünü nəzərdən keçirəndə böyük alimin dilçiliklə antropologiya, fiziologiya, fizika, semiotika, coğrafiya, astronomiya, kibernetika, texnikanı əlaqələndirməsinin şahidi oluruq. Əlbəttə, bütün bu deyilənləri həyata keçirmək müəllifdən həm dərin ensiklopedik bilik, həm də çox böyük əməksevərlik, əzmkarlıq, zəhmət tələb edir. A.Qurbanovun əsərlərinin tam külliyatının beşinci cildinin dördüncü fəslində verilən "Azərbaycan toponimləri" adlı hissəni nəzərdən keçirdikcə bir daha bu böyük alimin dərin intellektinin, qeyri - adi dərəcədə geniş sahəni əhatə edən maraq dairəsinin şahidi oluruq. Belə ki, müəllif bu fəslin "Azərbaycan toponimlərinin ümumi mənzərəsi" adlı bölməsində Vətənimizin bütün bölgələrini bir-bir nəzərdən keçirir, onu maraqlandıran toponimlərin hamısını ayrıca təhlil edir. Burada müəllif yazır: "Azərbaycanın elə bir zonası tapılmaz ki, orada Azərbaycan dilinə aid toponim olmasın. Məsələn, cənub rayonlarında Qumbaşı, Şəkərbağı, Kosalar, Narbağı (Lənkəran); Qapıçıməhlə, Qaladəhnə, Bala Şahağac (Astara); şimal rayonlarında - Qazma, Qazbölük, Qamıştala, Əyritala (Balakən); Qarabulaq, Dəymədərə, Yenikənd (Oğuz); Uzuntala, Çinarlı, Qazmalar, Ağçay, Qarabaldır (Qax); Qazangülü, Dardoqqaz, Fındıqlı, Kəpənəkçi (Zaqatala); qərb rayonlarında - Duzqışlaq, Dəmirçilər, Ceyrançöl, Quşçu, Şamlıq (Tovuz); Şiştəpə, Çaylı, Çardaqlı (Şəmkir); Alaxançallı, Daşkəsən, Dartərə (Daşkəsən); şərq rayonlarında - Ağcüyür, Əliyetməzli, Göbəktala (İmişli), Qaraçalar, Genişkənd, Bəylik (Saatlı); Xankeçən, Narlı, Çiçəkli (Sabirabad) və s. Verilən faktlardan aydın olur ki, tədqiqatda respublikamızın bütün bölgələri Vətən sevgisi, vətənə məhəbbət hissi ilə diqqətlə, dəqiq surətdə tədqiq edilmişdir. Əlbəttə, belə böyük bir titanik işi, fədakarlığı yalnız qəlbi dogma vətəni üçün alışıb yanan, vətənini canından artıq sevən bir alim həyata keçirə bilərdi. A.Qurbanov əsərlərinin tam külliyatının doqquzuncu cildində Azərbaycan şəxs adları, onların yaranması, mənası, mənşəyi və s. məsələlər son dərəcə ətraflı və dərindən araşdırılır. Habelə burada ümumiyyətlə götürüldükdə qlobal miqyasda dilçilik məsələləri kifayət qədər dərindən araşdırılır, dünya dilləri ailələrinə daxil olan dillər təsnif edilir. Təbiidir ki, bu baxımdan bütün bu kitablar ali məktəblərin müvafiq fakültələrinin tələbələri üçün dərslik olmaqla bərabər geniş oxucu kütləsi üçün də çox faydalıdır. A.Qurbanovun əsərlərinin tam külliyatının onuncu cildində Cucikəndin adı, onunla əlaqəli toponimlər, qədim yazılı abidələri və öyrənilməsi, izahı və taleyi ətraflı şəkildə verilmişdir. Burada müəllif yenə də özünə xas surətdə həm dilçi, həm də əsl tarixçi alim kimi çıxış edir. Belə ki, haqqında söz gedən əsərdə A.Qurbanov əvvəlcə Cucikənd adının necə yaranmasını araşdırır və göstərir ki, soya görə Cuci ən məşhur monqol tayfasına mənsubdur. Onun babası Esyuqey həmin monqol tayfasının xanı olmuşdur. Çingizxan Esyuqeyin oğludur. O, ilk dəfə Timurçin adını daşımışdır. Timurçin vuruşlarda qələbə çalıb qəhrəmanlıq göstərdiyinə görə ona Tengiz (dəniz - Çingiz) titulu verilmişdir. O, böyük bacarıq və şücaətinə görə 1206-cı ildə monqolların ümumi xanı səviyyəsinə qalxmışdır. Çingiz xan 4 oğul sahibi olmuşdur ki, onlardan da böyüyü Cuci adlanmışdır. Elə buradaca müəllif bildirir ki, Cuci türk mənşəli şəxs adıdır. Bu antroponim indiki Monqolustan, Baykalətrafı və Sibir meşələrində meşə adamı kimi tanınan monqollarla türklərin iqtisadi və mədəni əlaqələri əsasında monqol adları sisteminə keçmişdir. Cuci qədim türk antroponimidir. Bu şəxs adına hələ XI əsrin məşhur filoloq alimi Mahmud Kaşğarinin "Divanü- lüğəti-it türk" adlı əsərində rast gəlmək olur. Cuci adına hazırda Mərkəzi Asiyada, Qafqazın Dağıstan diyarındakı azərbaycanlılar arasında da geniş miqyasda rast gəlmək olur. Yuxarıdakı faktlardan göründüyü kimi müəllif Cucinin özünün şəxs kimi monqol olsa da, bu adın türk mənşəli olduğunu sübut edir. Sonra isə fikrinə davam edərək bildirir ki, Cucikəndin adı erməni millətçiləri tərəfindən 1935-ci ildə dəyişdirilib "Qızıl Şəfəq" edilmişdir. Əlbəttə, ermənilərin bu addımı tam başa düşüləndir. Belə ki, Cuci adının türk mənşəli olması onlara bir an da olsun rahatlıq vermirdi. Çünki nəticə etibarı ilə Cuci adının qalması həm də bu yerlərin əsl türk yurdu olmasına sübut idi. Bu isə aydındır ki, ermənilərin milli marağına qətiyyən cavab vermirdi. Kitabın "Cucikənd əhalisinin tarixinə dair" hissəsində isə ayrıca olaraq bir neçə tayfa haqqında danışılır. Bunlardan biri də Qaraqurbanlılardır. Qaraqurbanlıların tarixində Şeyx Əhməd və Qara Qurban Ağa xüsusi rol oynamışlar. Şeyx Əhməd Gəncədə yaşamış, burada çox məşhurlaşmış və yerli əhali üçün çox böyük işlər görmüşdür. Onun oğlu Qara Qurban Ağa isə çox böyük təşkilatçılıq qabiliyyətinə malik olmuşdur. Qara Qurban Ağanın böyük bacarığını görən soydaşları ona "Qara" ləqəbi vermişlər. Bu söz türk dillərində "nəhəng", "yenilməz", "çox güclü" mənalarını da ifadə etmişdir. Qaraqurbanlılar yaşadıqları ərazinin ən zəngin insanları olmuşlar. Əsərdə etnonimlər, etnotoponimlər təhlil edilərək azərbaycanlıların bu torpaqların tarixən sahibi olması əsaslandırılmışdır. Araşdırmalarından aydın olur ki, kitabları, monoqrafiyaları zəngin nəzəri, faktoloji xüsusiyyətlərinə, elmi üslubuna görə fərqlənir, fərdi düşüncə tərzi, özünəməxsusluğu ilə seçilir. Dilimizin keşiyində duran akademik elmi tədqiqatlarında dil faktlarına həssaslıqla yanaşır, elmi-analitik təhlilləri yüksək məntiqə, zəngin intellektual təxəyyülə, dərin müşahidəyə, real faktlara əsaslanır. Afad Qurbanov həssas bir dilçi-filoloq kimi, xalqın milli varlığı olan ana dilinin keşiyində sədaqətlə dayanmış, onun inkişafı yolunda yorulmaq bilmədən qələm çalmışdır. Dilimizin ən aktual problemləri - dil, onun mahiyyəti və vəzifələri, dil tarixi, fonetika, dil nəzəriyyəsi, bədii dil və üslub, türkologiya, dil tədrisi və s. məsələlər müasir dilçilik elminin tələbləri ilə səsləşən səviyyədə təhlil edilmişdir. Ötən illər ərzində keçdiyi şərəfli ömür yolu ilə gələcək nəsillərə örnək ola bilən, parlaq elmi yaradıcılığı ilə həyat salnaməsi yaradan Müasir Azərbaycan Əlifbasının müəllifi Afad Qurbanovun əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır. İlqar Heydəroğlu, Bakı şəhəri, Məktəb Lisey Kompleksinin tarix müəllimi, tarix üzrə fəlsəfə doktoru, Əməkdar müəllim

Mənbə
oxu.az