Cəmiyyət

Azərbaycan üzərindən göndərilən taxıl Ermənistana çatdı

03 Feb 2026, 21:18 2 baxış
Azərbaycan üzərindən göndərilən taxıl Ermənistana çatdı

Rusiyadan göndərilən taxıl yüklü vaqonlar Azərbaycandan keçməklə Ermənistana çatıb.


Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.


Məlumata görə, Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə ümumi çəkisi 1746 ton olan 25 ədəd taxıl yüklü vaqon Ermənistan Respublikasına çatıb.


Vaqonlar fevralın 1-də Azərbaycandan Ermənistana yola salınıb.

Mənbə axar.az

Oxşar Xəbərlər