Cəmiyyət

Rasim Həsənov həbs edildi

03 Feb 2026, 21:27 2 baxış
Rasim Həsənov həbs edildi

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi Rasim Həsənov saxlanılıb. Onun barəsində qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilib.


Axar.az APA-ya istinadən xəbər verir ki, təqdimata Bakı Hərbi Məhkəməsində baxılıb.


Məhkəmənin qərarı ilə Rasim Həsənov barəsində 2 ay 19 gün müddətinə həbs qətimkan tədbiri seçilib.


Rasim Həsənov Cinayət Məcəlləsinin 311.3.2-ci (Rüşvət alma, təkrar törədildikdə), 311.3.3-cü (Rüşvət alma, külli miqdarda törədildikdə), 313-cü( Vəzifə saxtakarlığı), 341.2.3-cü (Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.

Mənbə axar.az

Oxşar Xəbərlər