Cəmiyyət
Ötən ay uşaqlara ən çox verilən adlar açıqlandı
2026-cı ilin yanvar ayında doğulan oğlan uşaqlarına ən çox "Uğur" adı verilib.
Axar.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qızlara isə ən çox "Məryəm" adı qoyulub.
Oğlanlara ən çox verilən adlar üzrə siyahı beltədir: Uğur (160), Raul (119), Hüseyn (108), Miran (94), Əli (94), Yusif (88), Tunar (67), Murad (62), Fateh (57).
Qızlara ən çox verilən adlar üzrə siyahı isə belədir: Məryəm (111), Aylin (110), Zəhra (108), Nilay (104), Melisa (103), İnci (96), Alisa (89), Zeynəb (76), Fatimə (76).
Mənbə
axar.az